Çəhrayı Yalan (12-ci Bölüm)

Müəllif: Lusi
Şərhlər: 0
Baxılıb: 3 561
Səs ver:
(səs: 0)
Belə düşündüyüm üçün, özümü çox pis hiss etsəmdə, zamanı geri qaytara bilməzdim...
Bəzən dildən çıxan kəlimələr, qarşımızdaki insanın qəlbini yaralayır. İndi məndə hec düşünmədən dediyim sözün bəlasına düşmüşdüm. Həmdə, hər sey tam düzəldi deyərkən...

"Nə deyəcəyimi bilmirəm..."deyib susdum. Belə bir vəziyyətdə nə deyilə bilərdi? Bir bağışla desəm düzələrdi?

"Hec nə deməyini istəmirəm... Otağımdan çıx, başqa bir sey istəmirəm mən" dedi

Mən tərəfə hec baxmadan qapının yanına yaxınlaşdı. Əlini qapının qulpuna atıb "Getmək üçün nəyi gözləyirsən?"dedi. Yenə başa qayıtmışdıq biz?! Nəyə görə hər dəfə belə olurdu? "Cahad mənim o tərzdə düşünməyim, normal bir hal idi" deyib yanına yaxınlaşdım. Baxışları sərt şəkildə mənə dönüb baxdı.
"Demək normal imiş hə?! Onda sən məni hec tanımamısan!" dedikdən sonra qapını açdı. Getməyimi istəyərdi... Getmək daha məsləhətli idi. Burda bir az qalsaydım, bu söhbətin sonu davaya çevriləcəkdi. Əsəbi soyuqduqdan sonra danışmaq olardı...
Başımı hec qaldırmadan, otaqdan çıxdım. Saniyə sonra qapını üzümə bağladı. Bağlı qapı arxasından ona baxdım... Otaqda idi... Bir addımlığımda, yanımda idi. Ancaq ona əl çatmırdı... Bu qapı mənim üzümə bağlanmışdı, eynən xoşbəxtliyin ayağıma gəlməməsi kimi... Ya da yox, xoşbəxtlik ayağıma qədər gəlmişdi. Mən isə onu qovmuşdum...
Bulanıqlaşmağa başlayan gözlərimi silməyə başladım. Dediyi kimi indi hər sey çox gözəl ola bilərdi... Başımı sol tərəfə çevirdiyimdə, dəhlizin başında dayanıb məni izləyən İlkini gördüm. Oda evdə imiş...
Ətraf ilk başlarda səssiz görsənsədə, əslində çox səs küylü idi. Dünəndən sonrada İlkini ilk görüşüm idi. Yanıma doğru addımlamağa başladı. Nə deyəcəyin təxmin edirdim...
Gözlərində məni ələ salmaq istəyirmiş kimi bir ifadə vardı. Bu dəfə məni qoruyan olmayacaqdı... Dodağının kənarını qıvrıldıb "Afərin sənə" dedi

"İlkin, hec o havada deyiləm"

"Cahadın otağına gedib gəlmələrdə başladığına görə, deyəsən sezonu açmısız artıq"

"Xəstəsən sən?! Bu nə danışıqdı?!"

"Hec əsəbləşmə mənə! Əsəbləşməlidə olsan özünə əsəbləş! Dünən kafedə olanda Rəvanəyə görə dinə bilmirdim. Çünki, Rəvanə Cahad ilə dalaşmağımı xoşlamır... Amma indi isə burda Rəvanə yoxdu. Və mən özümü hec tutmaq istəmirəm!"

"Sənin dərdin nədi hə!? Nədii?!"deyərək əlimi yumruq edib sinəsinə vurmağa başladım. Artıq çox olmuşdu bu İlkin!

"Mənim dərdim falan yoxdu! Sənə yazığım gəlir deyə, səni səhv yoldan döndərməyə çalışıram! Ancaq sən görünür, səhv yolu getməyə meyilləsən!" deyib sinəsinə vurduğum əlimi saxladı. Dərdi var idi... Gözündəki qəzəb hissidə yalan ola bilməzdi... Bəlli idi öz canından, qanından olan qardaşını hec sevmirdi!

"Cahadı qısqanırsan sən! Onun kimi mükəmməl biri olmadığın üçün onu qısqanırsan!" dedim

"Vayy Cahad tərəfə tez yıxıldın sən! Neynək belə olsun... Amma aylar sonra ağlayaraq yanıma qaçıb gəlsən, mən sənin kimi olmayacam. Üz üstü buraxmayacam səni!"

"Sən beynində nə düşünürsən bilmirəm. Düşündüklərinin hec biri olmayacaq İlkin! Hec biri! Əl çək məndən!"

Qolumu əlindən xilas etməyi bacarıb, otağıma daxil oldum. Səsə Cahad çölə çıxmamışdı... Ya özünü yormaq istəməmişdi, ya da bizi hec eşitməmişdi... İlkinin dedikləri çox ürək bulandırıcı idi... Burda qaldıqca, hec xoş gün görməyəcəkdim... Bəlkədə anamın təklifini qəbul etməyin vaxtı idi... Getməli idim budan. Bura mənə hec yaxşı gəlmirdi... Hər gün bir söz söhbət çıxırdı. Axı mənim balaca canım bunları qaldırmaq gücünə malik deyildi... İki qardaşın bir - birini sevməməsinə görə mən niyə ortalıqda qalmalı idim? İlkinin dediklərinin düz olmaq ehtimalını belə düşünmək istəməzdim. Üzümdəki çilləri saymaq istəyən, insandan mənə nə zərər gələ bilərdiki?

Günorta saatları düşmüşdü. Mən isə iş üçün evdən çıxmışdım. Bir tanışımın başqa işi çıxdığından yerinə mən gedəcəkdim. Başımın qarışması üçündə əla fürsət olmuşdu. Ən azından evdəkilərin üzünü görməyə məcbur qalmayacaqdım. Kafeyə çatar çatmaz işimin başına qoyuldum. Arada bura gəlib tez - tez işlədiyim üçün, məni tanıyırdılar. Buranın şirniyyatlarıda mükəmməl olurdu. Axşam üstünə qədər işləyəcəkdim. Sonrada burdan çıxıb, Fəqan üçün qulaqcıq almağa gedəcəkdim. Niyə qırmışdım, niyədə alırdım? Hava cisginli yağış olduğundan, kafedə bu gün iş bol getmişdi. Kimə soyuq olurdusa, yol üstü kafeye dəyib bir çay içərək ayağa qalxardı. Mən isə havanın daha çox pisləşməməsi üçün içimdən dua edirdim. Bu gün yanımda, Cahad olmayacaqdı... Ağılım kitabxanada olan günə getdi. Onu ilk dəfə orda qucaqladım... Bəzən bəzi insanlar bir gülüşü sevər, bir qoxuya aşiq olar, mən isə onun kipriklərinə düşmüşdüm... Ağılsızlığım göz qarşısında idi...

***
Qapıdan bir az aralı olan masanı təmizləməyə çalışdıqda, içəri daxil olan Fəqanı gördüyümdə rəng alıb, rəng verdim. Sanki, başqa kafe qalmamışdı! Yanında bir qız ilə bir oğlanda vardı. Məni gördüyündə, başımı aşağı salıb işimlə məşğul olmağa davam etdim. Onların üzün görməyim deyə, evdən qaçıram. Amma yenə hər yerdə qarşıma çıxmağı bacarırlar!
Hər kəs dolu olduğundan, onlara mən yaxınlaşmalı oldum. Yanlarına gəldiyimdə Fəqan məni başdan aşağı süzdü. Elə bil birinci dəfədi görür!

"Nə istəyərdiz?"deyib gülər üzlü olmağa çalışdım. Yanında oturan əsmər uzun saclı qız "Mən latte alım"dedi. Onun yanında oturan sarışın oğlana çevrilib "Bəs siz?"dedim.
"Mənə çay bəsdi. Çay olsun" dedi. Onların dediklərini qeyd etdikdən sonra Fəqana baxdım. Bir sey deməsini gözləsəmdə, dimmədi. Yanında oturan qız onun səssizliyini görüb "Fəqan sən hec nə içməyəcəksən?"dedi. Hay sənin ağızına salıq!

"Mənədə sadə qəhvə" dedi

Sifarişləri aldıqdan sonra yanlarından ayrıldım. Bizim yad planetliyə bax, başqa adamlarla gəzib dolaşırmış. Bu idimi ünsiyyət sevmirəm deyən adam? Yox, bu qardaşlar bir tək mənim qəsdimə durmuşdular. Digərləri ilə normal ünsiyyətdə idilər.

Yarım saat keçməsinə rəğmən Fəqan hələdə kafedə idi. Yanında gələn qız oğlan getmişdi. O isə hələdə burda qalıb arada sırada mənə göz altı mənə baxırdı. Bu vaxta qədər çiyələkli tort ilə, çayda içmişdi. Nəyə görə burda qalmışdı bilmirəm. Mənə görəmi, qaldı deyə düşünsəmdə sonradan fikrimi dəyişdim. Onun məni görməyə gözü yox idi. Həmdə vecinə deyildim mən onun. Ona görə bu düşüncəmdən əl çəkdim. Mənim iş vaxtım bitdiyi üçün kafedən çıxdım. Yenə ətrafa bir qaranlıq çökmüşdü. Yağış çox narin şəkildə cisələyirdi... Cisginli havadan o qədərdə qorxmurdum. Bir telefon mağazasına daxil olub, qara rəngli bir qulaqcıq aldım. Bəxtimdən bu saatda açıq mağaza tapa bilmişdim. Qulaqcığı çantama yerləşdirdiyimdə, qapının kənarında dayanan Fəqanı gördüm. Ona baxma Jasmin... Nə də onu danışdırma... Amma olmurdu... Üzümə elə bir ifadə ilə baxırdıki, ona nəsə deməyə məcbur olurdum!

"Nədi?!" dedim

"Pula ehtiyyacın vardısa, bizdən birimizə deyə bilərdin"

"Həə məni vecinə almayan insana, gəlib deyəcəkdim ki mənim pula ehtiyyacım var? Sən yaxşısan Fəqan? Yox məncə deyilsən! Get özünü həkimə göstər!"

"Mənə deməsəndə Cahada deyə bilərdin... O ki, sənin sevimlindi"

"Mən hər zaman işləyib, öz xərclik pulumu özüm çıxartmışam. Mən kimdənsə pul ala bilmərəm!"

"Saat gecdi, havada qaranlıq səndə bu yaşında tək başına küçədəsən. Özünü hecmi düşünmürsən? Ətraf bu saatda şərəfsizlər dolub daşır"

"Onda evə gizlənim? Mən özümü qoruyuram sən bunu hec düşünmə! Hə bu arada saxta səmimiyyətinidə özünə saxla. Mənim sənin saxta səmimiyyətinə ehtiyyacım yoxdu"

Yanından düz keçib getdiyimdə arxamca gəlməyə davam etdi. Həqiqətən bu qardaşlar məni çox yorurdu... İstəkləri nə idi, hec özləridə bilmirdi. Yanımda addım atdıqca "Bilirəm iki gündü hec yola gedə bilmirik. Başqa günlərdə də onsuz yola gedə bilmirdik... Həmçinin indidə elədi... Birimizin sözü birimizin boğazından keçmir... Səni burda tək qoyub evimizə gedə bilərdim. Ancaq edə bilmədim... Səni düşündüyümdən deyil... Tanıdığımdan edə bilmədim" dedi. Özünü düşünən bay egoist!

"Məni düşün deyə yalvarmıram sənə! Lazımsız bir insan imişəm kimi davranmaqdan da əl çək! Qətiyyən artıq bundan sonra aramızda normal bir dialoqdan söhbət gedə bilməz. Sən özünü yüksəkdə, məni alçaqda bilirsən... Bu düşüncəndə də əl çəkməyənə qədər bu savaş bitməyəcək" deyib əlimi çantamın cibinə atdım. Qulaqcığı çıxardıb ona uzatdığımda "Bu nədi?" dedi.

"Ordan baxanda nəyə bənzəyir?" dedim

"Qulaqcığa"

"Onda nə sual verirsən?!"

"Əmin olmaq istədim!"

"Əmin oldun indi?!"

"Yox əmin olmadım, dayın oldum!"

Fəqan zarafat etdi? Bizim Fəqan? Amma gülmədim... Əlini əlimə alıb qulaqcığı ovuc içinə buraxıb "Mən qırdığım qulaqcığı yenisi ilə əvəz etdim. Bəs sən, sən qırdığın qəlbimi necə düzəldəcəksən?" dedim

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 561
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri