Ağ Kəpənək ( BÖLÜM 53)

Müəllif: Lusi
Şərhlər: 1
Baxılıb: 1803
Səs ver:
(səs: 0)
Sərdar'ın dilindən
Laura əşyalarını yığırdı. Çünki, gedirdi. O, getdikdən sonra necə olacağını bilmirdim. Onu sevirdim. Hə, mən kimi odun biri, gül qoxulu qızı sevmişdi. Onun isə qəlbində mənə deyil, Fikoya yer vardı. Ən azından mən belə düşünürdüm. Günlərdi onların baş - başa qalmasına şərait yaraddırdım. Ancaq Laura hər dəfəsində qaçıb, mənim yanıma gəlirdi. Belə etməklə ağılımı qarışdırmış olurdu. Laura gedişinə pis olsada, gülməyə çalışırdı. Gülərək "Sənlə qalmağı çox istəyərdim. Amma Dina hamilədi. Qardaşımın mənə ehtiyyacı var. Ona görə gedirəm. Getsəm belə tez - tez görüşərik" dedi.
"Mən sənin Fiko ilə aranı düzəldəcəkdim..."
"Düzəltmə. İstəmirəm"
"Fikodan xoşlanmırsan?"
"Əvvəlki tək, yox.."
Bu sözü ondan eşitməyim ilə ona tərəf yaxınlaşıb, hər iki əlindən tutdum. Gözlərini aşağı əllərimizə sabitlədiyində "Getmə... Sən mənə çox yaxşı gəlirsən" dedim. Gözləri gözlərimi tapdı. Gözlərinə hər baxdığımda, bir okean görürdüm. Bu okean, məni öz dərinliyinə çəkib aparırdı.
"Dünyanın digər başın getmirəm. Bakıdayam. Ürəyin hər istədiyində, görüşə bilərik" dedi
"Mən səni evimdə görməyə öyrəşmişdim. Səniz bu evdə necə qalacam?"
"Bura sənin öz evindi. Qalmalısan"
"Qala bilmərəm. Hər yanda xatirən olarkən, qala bilmərəm"
"Sərdar, dediklərin nə məna verir?" deyə, sual dolusu gözlər ilə baxdı mənə. Ona açıb hər seyi deməli idim...? Sevdiyimi desəydim, qarşılıq almayacağımı bilirdim. Amma yenədə, demək istəyirdim. Ürəyim daha çox dözmürdü, onsuzluğa...
"Mənim kimi adam, sənin kimi balaca qızı sevdi... Səni sevdim... Okean gözlərini, gözəl gülüşünü, ağılımı başımdan alacaq gül qoxunu... Mən səni hər seyin ilə sevdim. Sevməyədə davam edəcəm. Çünki sən mənim ürəyimdəsən" deyərək, əlinin birini ürəyimin üstünə yerləşdirdim. Sakitcə, mənə qulaq asdı. İlk dəfə idi, onu bu qədər sakit gördüyüm. Sanki, aylardı mənlə prinsipə düşüb hər işi mənə elətdirən, bu qız deyildi. Baxışlarını aşağı saldı.
"Sevginə qarşılıq verə bilmərəm. Amma hisslərinə hörmət göstərəcəm" dedi.
Ondan bu cümləni eşitmək belə, məni sevindirdi. Ən azından tərsləməmişdi. Bunun özü yaxşıya işarət idi. Tez tələsik məndən ayrılıb "Mən gec qalıram, Sərdar. Taksi harda olsa gələcək" dedi. Sevgi etirafım beləcə sona çatmışdı. İndi reallığa qayıtmağın vaxtı idi.
"Taksi ilə getmək olmaz. Adamlarımdan biri aparar" dedim
"Sifariş vermişəm. Geri qaytarmaq olmaz"
"Pulu nə qədərdisə, verərəm. Ancaq səni tək göndərmərəm. Tək getməyin qorxuludu"
"Mənə hec nə olan, deyil. Boşuna narahat olursan"
"Yenə başladın, öz bildiyini etməyə?"
"Həə, Qara bəy" deyib, güldü. Tək getməsi təhlükəli idi. Amma öz bildiyini edəcəkdi, xanım.
Çamadanını hazırlayıb, aşağı düşdük. Çöl qapını açıb yola çıxdıq. Adamlarım çamadanı maşınlara yerləşdirdiyində "Səni qucaqlamaq, istəyirəm" dedim. Razı olar, baxışlarını gördüyümdə onu bağrıma basdım. Son dəfə imiş kimi, gül qoxusunu içimə çəkdim. Ondan ayrılıb, üzünü ovuclarım arasına alıb, okean gözlərinə uzun uzadı baxdım. Bu gözləri, hər sabah ayılanda görməyə öyrəşmişdim. İndi bu gözlərdən necə məhrum qalacaqdım?
"Mən sənsiz qala bilməyəcəm..." dedim, uşaq kimi. Boynuma alırdım, uşaqlıq edirdim. Amma onsuzda qalmaq alınmazdıki...
"Bilirəm. Bunu nəzərə alıb, sənə bir parça sey buraxacam" deyərək, məndən aralanıb çantasını açdı. Çantasından qara rəngli, orta boyda şərif çıxardıb mənə uzadaraq "Bundan bolluca qoxumu ala bilərsən" dedi. Əlində tutduğu şərifi aldım əlindən. Ayaq barmaq uclarına qalxıb, üzümü öpdü. Sonra taksiyə mindi. O taksiyə minib yola düşdüyündə, şərifinu yuxarı qaldırıb qoxlamağa başladım. Onun kimi qoxurdu. Ancaq yenədə, onu əvəz etməyəcəyini bilirdim...

Laura'nın dilindən
Tanımadığım, daha əvvəl hec görmədiyim bir otaqda idim. Ayılanda, özümü çarpayıda görmüşdüm. Ayıldıqdan sonra ətrafı incələməyə başlamışdım. Bu otaq, mənə yad idi. Ayağa qalxıb qapını açmaq istəmişdim. Qapı isə kilitlənmişdi. Son çarə pəncərəyə tərəf qaçmışdım. Pərdələri çəkib, pəncərəyə baxdığımda pəncərənin dəmir barmaqlarla, bağlı olduğunu gördüm. Havanında qaranlıq olduğunu gördüyümdə, içimə qorxu hiss oturmuşdu. Mən harda idim? Məni kim qaçırtmışdı?
Özümü təkrar çarpayıya atıb, dizlərimi özümə tərəf çəkərək oturdum. Qorxurdum... Mən çox qorxurdum. Danielin evinə gedəcəkdim. Getmək üçün taksiyə minmişdim. Yarı yolda taksinin qarşısını maşınlar kəsmişdi. Məni taksidən, zor gücü ilə çıxartmışdılar. Onların maşınına minməyim deyə, dirənmişdim. Amma gördüyünüz kimi, çoxda işə yaramamışdı...
Boynuma silahla vurub, ürəyimin getməsinə səbəb olmuşdular. Maşının içində olduğumda, təkrardan ayıldığımı xatırlayırdım. Bu dəfə ayıldığımda, qoluma iynə vurmuşdular. İynənin təsirindən yenə yatmışdım. Növbəti dəfə isə gözümü burda açmışdım. Mənə iynə vurulduğunu xatırladığımda, qollarıma baxdım. Sağ qoluma vurulmuşdu. Heyvan kimi vurulduğundan, yeri göyərmişdi. Kim idi mənə bunları edən?!
Ağlayacaq kimi olduğumda, qapının kilit açma səsini eşitdim. Açırdı, qapını açırdı...
Bir az sonra qapı açıldı. İçəri uzun boylu, açıq qumral saçlı, bir oğlan daxil oldu. Qapını sərtcə örtüb, mənə tərəf addım - addım gəlməyə başladı. Adımlarını bilərək, yavaş atırdı...
Çarpayının baş ucuna gəldiyində, dizlərimi özümə tərəf daha möhkəm çəkdim. Kim idiki, bu adam?
Soyuqqanlı olmağa çalışıb "Kimsiz? Mənim burda nə işim var?!" dedim. Amma bütün bədənim bu dəqiqə qorxu altında idi. Qalın dodaqlarının kənarını azca qıvrıldı. Çarpayının küncünə oturub "Əzrailinəm" dedi. Canı oyunmu oynamaq istəyirdi?! "Kimsən!" deyib, səsmin tonun qaldırdım bu dəfə. "Şahin Babasöz" dedi, özündən əmin tərzlə. Adı eşitməyim ilə, nitqim tutuldu. Həfələr əvvəl Sərdarın evinə hücüm göndərən həmin adamın adı ilə eyni idi. Bu demək olurduki, qarşımdakı insan məhz, həmin O adam idi...
"Məni özün geri qaytar. Onsuzda məni ya Daniel, ya da Sərdar tapacaq!" dedim
"Onlar tapana qədər, mən sənlə işimi çoxdan görüb bitirmiş olaram"
"Mənə toxuna bilməzsən! Toxunsan səni öldürərəm!"
"Toxunmağı hec ağılımdan keçirtməmişdim. Amma yaxşı yadıma saldın" deyib, mənlə əylənirmiş kimi etdi. Elə bir sey yox idisə, nəyi nəzərdə tuturdu?!
"Onlar məni tapacaq!" dedim
"Bakıda deyilik. Çətin tapalar"
"Məni hara gətirmisən?! Hardayam mən?!"
"Cəhənnəmdəsən"
"Cəhənnəmdə yanmış biri olaraq, cəhənnəmdən qorxmuram mən. Əgər yanmış olacamsa, kibriti özüm vuraram..."
"Hər ehtimala qarşı gərək sənin əlinə kibrit verməyim" deyərək, güldüyündə özümdən çıxdım. Çarpayının üstündə olan yastıqları yerə atıb, ona tərəf əyilib qışqıraraq "Məni evimə qaytar! Mən evimə getmək istəyirəm!" dedim. Əli ilə qolumdan tutub, bu dəfə O, mənə tərəf əyildi.
"Əgər özündən çıxmağa davam etsən, yenə iynə vurub, səni yatızdırmalı olacam. Yaxşısı, səsini kəsməyindi!" dedi
İynə istəmirdim. Bu adamında xasiyyətini, nələrə qadir olub olmadığını bilmirdim. Yaxşısı, susmağım idi. Susdumda...
Susduğumu gördüyündə, əlini qolumdan çəkib məndən aralaşdı. Bu sırada qapı döyüldü. Şahinin "Gəl" sözündən sonra qapıya tərəf baxdım. Qapı açıldı. Qapıdan içəri, əlində yemək sinisi olan bir oğlan daxil oldu. Şahinin yanına gələrək, sinini ona uzatdı. Sinini verdikdən sonra otaqdan çıxdı. Şahinsə, sinini çarpayının üstünə yerləşdirib "Bir seylər, ye..." dedi. Bu vəziyyətdə hec nə yeməyəcəkdim. Yeməyəcəkdimdə, qaçırdığı adama yemək niyə verirdi?
"Yemək niyə gətirtdin?!"
"Sən yeyəsən deyə"
"Məni bu otağa kilitləyib, yemək niyə yedizdirirsən?!"
"Qatillər, öz qurbanlarını əlləri ilə bəsləyər. Məndə səni bəsləyirəm. Vaxtı çatanda, canını alacam. Onlada bədəl ödənəcək"
"Məni öldürəcəksən?!" dedim, dəhşət içində.
"Hələ ölümünə var. O günə qədər burda qalacaqsan. Ölüm anını, videoya çəkib Sərdara göndərəcəm"
"Sən manyaksan!" deyə, isyanla danışdım. Məni öldürüb, videoya çəkmək nə demək idi?
"Yeməyini ye!"
"Yeməyəcəm! Ac qalıb öləcəm"
"Sənin belə ölümünə göz yuma bilmərəm. Yeyəcəksən bir seylər. Yeməsən, məcbur qalıb əl - qolunu bağlayaraq özüm yedizdirəcəm"
"Sənin beynin sağlıqlı deyil! Sən onsuzda məni öldürəcəksən. Niyə edirsənki, belə bir seyi?! Öldürdə məni... Öldür indi..."
"Tələsmək lazım deyil. Ölümünündə zamanı var. Sən çox danışmadan, gözümün qarşısında yeməyinj ye. Çünki, başqa işlərim"
Məni öldürəcəyini deyirdi. Necə bu yeməyi yeyimki? Tələbkar baxışlarını üstümə dikdiyində, qaba qoyulan qızardılmış toyuq budunu əlimə aldım. Buddan bir dişləm alıb, çiynəməyə çalışdım. Yediyim yemək, zəhər olmuşdu...
Keçmirdi, boğazımdan aşağı. Daniel ilə Sərdar ortalıqda olmadığımı görüb axtarışa çıxmışdılar görəsən? Yoxsa hər seydən xəbərsiz idilər...
Bir dişləm daha aldığımda, qara gözlərinin üstümdə olduğunu gördüm. Məni öldürmək, üçün bəslədiyinə inana bilmirdim. Bu necə qansızlıq idi? Bunu düşünərkən, yemək boğazımda qaldı. Öskürməyə başladım. Öskürə - öskürə qaldığımda, sinidə olan su bardağını əlinə alıb mənə uzadaraq "İç, bu sudan" dedi. İmkan ver, nəfəssizlikdən ölüm... Nə də olmasa, sonda məni özün öldürəcəkdin...
Suyu əlindən alıb içməyə başladı. İçdikcə, öskürəyim dayandı. Suyu aşağı salıb, əlimdə tutdum. Bütün gün ərköyünlük edib, onu bunu yeməyən mən, indi bir toyuq budu ilə, adi su içmişdim. Həyat, mənə şillə vurmağa davam edirdi. Yəqinki, məni sevmirdi...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1803
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri