Ağ Kəpənək ( BÖLÜM 56)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 2238
Səs ver:
(səs: 0)
Şahinin məni qucağına aldığını hiss etdim. Qucağına alaraq, məni özünə basdırıb dil altı şəkildə "Bağışla, bağışla məni" deyirdi. Eşidirdim səsini. Gözüm isə yumulu idi. Açmağa çalışdığımda, məni divana yatızdırmasını gördüm. O an, ağrı içində qıvrılsamda onunla göz gözə gəldim. Gözündə etdiyi hərəkətə qarşı, peşmamılıq axırdı. Nə idi, onu belə peşman edən səbəb?
"Bir az döz, gəlirəm" deyərək, yanımdan qaçaraq ayrıldı. Nə edəcəyini bilmirdim, ancaq çox təlaşlı görsənirdi. Məni yaşatmaq üçünmü çabalayardı?
Qanım burnumdan dayanmadan axırdı. Əlimi burnuma aparıb, saxlayacaq gücünə belə malik deyildim. Tərpənə bilmirdim. Alınımda olan ağrı buna icazə vermirdi. Onun yanıma gəldiyini gördüm. Aşağı çöküb "Azca yandıracaq" dedi. Əlinə baxdım. Əlində yod, pambıq və parçaya bükülmüş buz vardı. Pambığı yoda vurub, burnuma basdırdı. Yodun təsirinə dözə bilmədiyimdən, əlim ilə əlini tutub sıxdım. Yodun acısından, gözlərimdən yaşlar axaraq saç diblərimi isladmağa başladı. Sızıltısına dözə bilmirdim. "Çox incidir... Dözmək olmur" dedim, öz səsimi güclə eşidərkən. "Əgər şüşə qırıntısını bu işə qarışdırmış olmasaydın, indi belə acı çəkmiş olmayacaqdın! Sənə sakit qal demişdim! Sənsə ağılsızca hərəkət etdin!" deyib, əlini pambıqdan çəkdi. Pambıq hələdə burnumda qalarkən, əlinə parçaya bükülmüş buzu alıb, alınıma yerləşdirdi. Hərəkətlərinə məna verə bilmirdim. Başımı masanın tininə vuranda O idi. Burnuma yod, alınıma buzu qoyanda O idi. Əsl üzü hansı idi?
"Hər seyi özün çətinləşdirirsən. Dediklərimə əməl etsəydin belə olmayacaqdı" deyə, məni danlayacaq tərzdə danışdı. Ona baxan gözümü başqa tərəfə çevirdim. Onun dediklərinə əməl etməli idim. Mənim başqa edəcək bir seyim qalmamışdı. Gözümü yumub, öz ağrı və acılarımla baş başa qalmaq istədim. Sıra doyunca ağlamağada gələcəkdi...
Təxmini yarım saatdan sonra, məni yenə qucağına almışdı. Yavaş - yavaş piləkanları çıxırdı. Mənim isə səsim çıxmırdı. Səsimi udmuşdum. Nə də, daha onla danışmağı düşünmürdüm. Səssizcə otaqda qalmağa davam edəcəkdim. Eləcə, günlərimin keçməsini gözləyəcəkdim. Ölüm günüm, harda olsa yaxınlaşardı mənə...
Məni çarpayıya uzatdıqdan sonra, üstümü örtüb yanıma oturdu. Daha əvvəldən sizə manyak olduğunu demişdim. Çünki, təkcə manyaklar belə edərdi...
"Mən belə olmasını istəmədim. Belə olmasını sən özün istədin" dedi.
Susdum. Cavab vermədim.
"Bu günki günü unudaq? Hec yaşanmamış kimi sayaq. Əgər elə etsən, səni otaqdan təkrar çıxardacam"
Dinmədim. Unutsamda, unutmasamda bu otaqdan çıxmaq istəmirdim. Yenə eyni ağrını, acını isə hec çəkmək istəmirdim.
"Mən səssizlik sevmirəm. Danışacaqsan?" dediyində, ona baxdım. Məni susduran, özü olmuşdu...
"Danışmağa halım hec yoxdur" dedim
"Unudacaqsan bu günü?"
"Unudaram"
"Unutsan hər sey daha gözəl olacaq"
"Yaxşı"
Yanımdan qalxdı. Qapıya tərəf getdi. Qapını açıb, qapının qulpundan tutaraq "Qapı açıq qalacaq. Nə vaxt istəsən, aşağı düşərsən" dedi. Üzümü pəncərəyə tərəf döndərdim. Açıq qalan belə, mənim üçün bağlı sayılırdı. Qapılar üzümə bağlanmışdı...
Gedişini qapının örtülməsindən başa düşdüymdə, başımı qapıya tərəf çevirdim. Yox, bu dəfə hec bir axmaqlıq etməyəcəkdim. Olduğum yerdən qətiyyən tərpənməyəcəkdim. Ağılsızlığımın ucbatını burnum ilə alınım yetəri qədər çəkdi. Kaş, Daniel vaxtında mənə nəsə öyrətmiş olsaydı. Onda mən özümü müdafiə edə bilərdim. İndi isə qorumasız idim. Məni nağıllardakı kimi, prenses böyütmüşdü. Prenses isə özünü qorumaq gücünə sahib deyildi. Çünki, mən hec nə bilmirdim. Həyatım, Daniel tərəfindən idarə olunurdu. Yaxşımı edirdi? Vaxtında bir - iki taktika öyrətmiş olsaydı, canımı bu xarabadan qutarmış ola bilərdi. İndi isə öz imkanlarım ilə hec nə edə bilmirdim. Etdiyimidə, əlimə üzümə bulaşdırmışdım. Mənə hec nə etməmək, sadecə gedişatı izləmək lazım idi...
***
Yatmışdım. Yatıb ayıldığımda hər yer qaranlıq idi. Axşam düşmüşdü. İşığı yandırmamış, olduğum yerdən tərpənməmişdim. Aclıq hissindən həm mədəm ağrıyırdı, həmdə başım. Tərpənməyə gücüm olmadığından ayağa qalxa bilmirdim. Bədənim çox yorğun və halsız düşmüşdü. Qaranlığın içində batarkən, otağın qapısı açıldı. Ardından işıq yandı. İşığın yanması ilə gözümü yumdum. İşıq gözümə pis təsir etmişdi. Ayaq addımları eşitdim. Ayaq addımları yanıma yaxınlaşdığında "Saatlardı aşağı düşməyini gözləyirəm. Sənsə, hec yerindən tərpənməmisən belə. Qalx ayağa, düşək aşağı" dedi. Onun səsini eşitdiyimdə, gözümü açıb ayağa qalxmağa çalışdım. Sözünü yerinə yetirməsəydim, başımı yenidən masa tininə vurmayacağı nə məlum idi?
Qalxdığımda gözümün qarşısı qaraladı. Tarazlığımı itirmək istədiyimdə, əlimdən tutdu. Ona söykənərək adımlamağa başladım. Beləcə, otaqdan çıxıb piləkanları düşdük. Mətbəxə keçid etdik. Ruh kimi, stolu çəkib masa arxasına əyləşdim. Edəcək, başqa bir seyim yox idi. Qarşıma bir seylər hazırlayıb qoydu. Üzünə baxmadan, hec nə demədən yeməyə başladım. Mən yedikcə, qarşımdakı stolu çəkib oturdu. Mən isə eləcə yeməyə davam etdim. Üzümdə olan ağrıdan, dodaqlarımı aralamaqda yeməyi udmaqda çətinlik çəkirdim. Əlimi su bardağına uzadıb, su içdim. Su içdiyimdə, ona baxmaq məcburiyyətində qaldım. Ağılından keçənləri bilmək, istəyərdim...
"Sən yaşadıqca, mən sənə daha çox ağrı acı çəkdirəcəm. Bunun belə davam etməsini istəmirəm. Həyatına bir son verməliyik" dedi
Su bardağını masanın üstünə qoydum. Bir az irəli gəlib, əllərimi masa üstündə birləşdirdim. Onla üz üzə olduğumda "Bəs nəyi gözləyirsən? Səni saxlayan nədi?" dedim. Qalxdı ayağa. Yanıma tərəf gəlib "Qalx ayağa. Ardımca gəl. Sənə bir yer göstərəcəm" dedi. Arxasın mən tərəfə çevirib, irəllədiyində qalxdım ayağa. Onun ardıyca getdim. Mətbəxdən çıxdıq. Evin çöl qapısına tərəf irəllədik. Qapını açıb, çölə çıxdı. Tərətüd etsəmdə, məndə ayağımı evdən çölə atdım. Günlər sonra ilk dəfə idi çölə çıxmışdım. Hava qaranlıq olsada, ətraf işıqlara görə aydınlıq görsənirdi. Gözümü ətrafdab çəkib, onun ardıyca irəllədim. Düz getdikdən sonra, sağ tərəfə döndü. Addımladıqca, hara getdiyini başa düşürdüm. Hovuza tərəf gedirdi. Tam hovuzun başı üstə dayandı. Addımlarımı tezləşdirib, yanına gəldim. İkimizdə içi boş olan hovuza baxdıq. Öldürəcəyi yerə gətirmişdi, məni...
"Bu yerə diqqətlə bax. Sabah burda boğulub öləcəksən. Ölünü, harada basdırmağımı istəyirsən?" dedi
Qan donduran sual idi. Sağ ikən, harda basdırılacağım soruşulurdu. Həyatınızda hec belə sual ilə qarşılaşmısınız? Sizi bilmirəm, amma mən indi qarşılaşdım. Və buna verəcək, bir cavabım belə yox idi...
"Olmadı, Laura. Səssiz - səssiz davam etməyin bir marağı yoxdu. Səndən cavab istəyirəm" deyə, yenidən dilləndi.
"Ölüb gedəcəm. Harda basdırlacağımı oturub düşünəcəm? Belə seyə vaxtım yoxdu mənim. Mən öləndən sonra harda istəsən, basdıra bilərsən" dedim
"Qardaşın ilə Sərdarın məzarını tapmasını istəmirsən?"
"Soyuq torpağı, quru məzar daşını qucaqlamaq, məni onlara geri qaytarmaz. Bunun hec bir əhəmiyyəti yoxdur. Ruhumu tapışırıb getməyim, yetər"
"Mən onların məzar başında ağlamasını çox istəyirəm. Gözümün qarşısına gələndə, ruhum dincəlir. Sabah, burda özünü ölümün qollarına təslim edəcəksən. Böyük gün gəldi. Bədəl ödənəcək"
Onun bu sözlərindən sonra içi boş olan hovuza diqqətlicə baxmağa başladım. Bu adamın zarafat edər, yanı yox idi. Mənimdə burdan qaçıb, gedəcək gücüm...

***
Əvvəldən dənizdə, hovuz içində üzməkdən qorxardım. Yanımda hər zaman Daniel olardı. İndi isə düşdüyüm bu vəziyyət tamami ilə ayrı idi. Əllərimdə, ayaqlarımda iplə bağlanmışdı. Və mən hovuzun içində idim. Hovuzun içi isə su ilə dolmağa başlayırdı. Niyyətləri, məni suda boğaraq öldürmək idi. Bu o qədərdə qorxulu deyildi. Uzaq başı öləcəkdim hə? Bu dəfə məni xilas edən olmayacaqdı. Hər zaman xilas edə bilməzdilərki...
Su getdikcə, dizlərimdən yuxarı çıxmışdı. Ayaq üstə olsamda, dizlərim titrədiyindən özümü boşluğa düşürmüş kimi hiss edirdim. Su yuxarı qaldıqca, ölümümün yaxınlaşdığını başa düşürdüm. Hovuzun kənarına stol qoyub oturan Şahinə baxdım. Məni gülümsəyərək seyr edirdi... Mən isə necə qorxduğumu ona bəlli etməməyə çalışırdım. Əslində ölməkdən qorxmurdum. Bu dünyada qardaşlarımı və Sərdarı tək qoymaqdan qorxurdum. Axı, Sərdarın bu həyatda tək tutanacaq yeri mən idim. Mən öləndən sonra, O özünə necə gələcəkdi? Mən necə biriyəm? Ölüm ayağında olarkən belə, sevdiyim adamı düşünürəm. Onu sevdiyimi hec vaxt qəbullanmamışdım. Ona sevdiyimi deməmişdim. İndi onu sevdiyimi bilmədən, ölüb gedəcəkdim. Ona bir dəfədə olsa 'Sevgilim...' deyə bilmək üçün nələrimi verməzdim. Kaş, vaxtında inadımı bir kənara atasaydım. Sevdiyim adama, sevdiyimi desəydim... Geri dönüşüm yox idi bu yoldan. Şahin böyük zövqlə məni izləyirdi. Suda getdikcə daha yuxarı çıxmaqda idi. Az sonra bu dünyanın bütün yükdən canımı qutaracaqdım. Tək hiss edə bildiyim sey, suyun buz kimi olması idi. Soyuq su, bədənimə təsir etməkdə idi. Bu ölüm qorxusunun nəticəsi idimi? Şahinə baxmamaq üçün gözümü yumdum. Və inanmadığım Tanrıya içimdə ilk dəfə dua etdim. Əgər öləcəkdimsə, mənim ardımdan qardaşlarım və Sərdar çox ağlamasın...
Mənə görə çox acı çəkməsinlər... Tanrım məni eşidirsənsə, onlara bu dərdi vermə. İçimdə dua etdikcə, dodaqlarıma su dadı gəlməyə başladı. Deyəsən, sonum çatmışdı... Son dəfə gözümü açıb, göyüzünə baxdım. Ata və ana sizinin yanınıza gələcəkdim...
Ölümü qəbullanmışdım. Mənim əcəlimdə Şahin olmuşdu. Çünki, mən suyun altında boğulmağa başlamışdım... Su mənə həyat olmamışdı. Su mənim sonum olmuşdu. Mən deyə bilməsəmdə, sizlər Sərdar Qarayev deyərsizki, Laura ölərkən belə səni sevdi... Sevdim səni. Son nəfəsimdə, belə səni sevdim... Ona görə ölsəmdə, onun hec bilmədiyim bədəlin ödəsəm belə...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2238
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri