Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! - HEKAYƏ

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1269
Səs ver:
(səs: 1)
Fizik,riyaziyyatçı,kimyagər,geoloq və antropoloqdan ibarət heyət açıq havada tədqiqat üçün bir araya gəlmişdirlər.Onlar işlərini bitirdikdən sonra dincəlmək üçün yaxınlıqdakı evə yığışdılar. Ev sahibi onlara qulluq etmək üçün evdən ayrıldı.Bu arada tədqiqatçıların diqqətini yerdən bir metr yuxarıda və altında xırda daşlar olan soba cəlb etdi.Sobanın niyə belə qoyulduğuna müzakirələr başlayır:

Fizik: Ev sahibi sobanı yuxarıda ona görə qoyub ki,konveksiya yolu ilə otaq qısa müddətdə daha çox isinsin.

Kimyagər: Soba yüksəkdə qurularaq aktiv enerjinin aşağı düşməsinə kömək edər və beləliklə isinmə daha da tezləşmiş olar.

Geoloq: Bura tektonik zona olduğundan zəlzələ baş verməsi nəticəsində sobanın altdakı daşların üzərinə düşməsi evdəki yanğın riskini azalda bilər.

Riyaziyyatçı: Soba otağın tam mərkəzində olduğundan isinmə daha düzgün yayılır.

Antropoloq: Keçmişdə olan inanca görə od müqəddəs sayıldığından ona hörmət olaraq soba daha yuxarıda qoyulub.

Bu sırada ev sahibi içəri girər.Və ondan bunun səbəbi soruşulduqda o,belə cavab verər:

“Boru çatmadı onunçün!”

Önəmli olan məsələyə bir tərəfdən deyil hərtərəfli baxmaqdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri