Baba, gəl iks-sıfır oyunu oynayaq. -Axı mən oynaya bilmirəm! -Mən öyrədərəm! -Onda uduzmağa hazır ol! -Mən səni elə öyrədəcəyəm ki, sən uduzacaqsan! *** Bağçadan qayıdan 3 yaşlı uşaq nənəsinə deyir:
-Nənə, təzə oyun öyrənmişəm, «qaçan kubiklər oyunu», gəl oynayaq! Nənə razı olur: -Əlbəttə! Necə oynayırlar, «qaçan kubiklər oyununu» öyrət, oynayaq! - Bax, bu kubiklərdən birini götürüb qaçırsan... - Nə vaxtacan qaçırsan, bala? - Bax, orasını bilmirəm!.. *** - Əhsən sənə Əhməd, zoologiyadan yaxşı qiymət almısan! Bəs bu necə oldu? Axı sən zoologiyanı yaxşı bilmirsən? - Çox asanlıqla aldım yaxşı qiyməti. Dedim Dəvəquşunun üç ayağı var, müəllim də məni təriflədi. - Burda tərifli nə var ki, sən səhv eləmisən axı, dəvəquşunun məgər üç ayağı var? Onun iki ayağı var axı... - Bütün uşaqlar bir səslə dedilər ki, dəvəquşunun dörd ayağı var. Bircə mən dedim üç ayağı var. Ona görə də müəllim məni təriflədi. *** - Ata sabah məktəbdə kiçicik bir valideyn iclası var. Vaxtın olar ora getməyə? - Vaxt tapmağına taparam, amma başa düşə bilmirəm ki, kiçicik valideyn iclası nəyə deyirlər? - Kiçicik valideyn iclası ona deyirlər ki, orda sən, mən, və sinif rəhbərimiz olur. *** - Bu tarakanlar lap bizi bezdiriblər. Haranı açırsan içindən tarakan çıxır. - Sən tarakanlar üçün olan təbaşirdən al. - Köməyi olar? - Əlbəttə, bax mən almışam, mənim tarakanlarım oturublar bir küncdə, sakitcə rəsm çəkirlər. *** - Ata, bu gün anam məni iki dəfə döyüb! - Nəyə görə? - Birinci dəfə anama gündəlik göstərdim, ordakı ikiləri, müəllimlərin yazdıqlarını görən kimi məni çırpdı. - Bəs ikinci dəfə nəyə görə döydü? - Gündəliyin əslində uşaq vaxtı onun özününkü olduğunu biləndə.