Dünyanın ən “kök” 10 ölkəsi

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 3 735
Səs ver:
(səs: 5)
Piylənmə bir çox ölkələrdə əhalinin sağlamlığına təhlükə yaradan əsl epidemiyaya çevrilib.

Son 30 ildə piylənmədən əziyyət çəkən insanların sayında kəskin artım müşahidə olunur. 1980-ci ildə onların sayı 857 milyon nəfər idisə, 2013-cü ildə artıq 2 milyarda yüksəlib. Bu, təxminən dünya əhalisinin üçdə biri qədərdir.

Qadızlar.Biz AzərTAc-a istinadla xəbər verir ki, təkcə 2010-cu ildə piylənmədən yaranan fəsadlar səbəbi ilə 4 milyona yaxın insan həyatını itirib.

Son zamanlar dünya əhalisi oturaq həyat tərzi sürür, bundan əlavə "fast food”, şirin içkilər və yüksək kalorili digər yeməklər də artıq çəkinin yaranmasına səbəb olur. Buna görə də piylənmə bir çox ölkələrdə əhalinin sağlamlığına təhlükə yaradan əsl epidemiyaya çevrilib.

Proqnozlara görə, müvafiq tədbirlər görülməsə, vaxt keçdikcə vəziyyət daha da pisləşəcək. "Global Burden of Disease” təşkilatının yeni tədqiqatı piylənmənin yüksək səviyyəsinin müşahidə edildiyi ilk 10 ölkəni müəyyənləşdirib. Kök insanların sayına görə mütləq liderlik ABŞ-a məxsusdur: 78 milyon nəfər (yaşlı əhalinin 33 faizi). Sonrakı yerləri müvafiq ardıcıllıqla bu ölkələr tutur: Çin – 46 milyon (4,4 faiz), Hindistan – 30 milyon (3,8 faiz), Rusiya – 28 milyon (24,1 faiz), Braziliya – 22 milyon (16,2 faiz), Meksika – 20 milyon (26,9 faiz), Misir – 18 milyon (35,9 faiz), Almaniya – 16 milyon (24,3 faiz), Pakistan – 14 milyon (13,6 faiz) və İndoneziya – 11 milyon (6,8 faiz) nəfər.

Əgər bu tendensiya davam etsə, artıq 2030-cu ildə ABŞ-ın yaşlı əhalisinin tən yarısı köklükdən əziyyət çəkəcək.

Tədqiqatın nəticələrinə görə, həmçinin müəyyən edilib ki, piylənmənin və onunla bağlı fəsadların müalicəsinə xərclənən vəsait ümumilikdə ildə 48 milyard dollardan 66 milyard dollara qədər arta, 2030-cu ildən sonra isə əmək qabiliyyətinin azalması ilə əlaqədar iqtisadiyyata dəyən zərər ildə 390-580 milyard dollar təşkil edə bilər.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 3 735
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri