Qış yorğunluğunu aradan qaldıran effektiv vasitələr

Müəllif: my_angel
Şərhlər: 1
Baxılıb: 1620
Səs ver:
(səs: 1)
Mövsüm keçidləri arasında, xüsusilə qış aylarında gücümüz getdikcə azalır, bir çox insan enerji çatışmazlığından və depressiyadan şikayətlənir.
Mütəxəssislər uzun qış günlərinin insanın sadəcə psixoloji deyil, fizioloji vəziyyətinə də mənfi təsir etdiyini deyib. Qışın sonu ənənəvi olaraq ilin ən çətin vaxtı hesab olunur.
Günəş işığı çatışmazlığı həm vitamin kasadlığına, həm də emosional və fiziki (əzələ) stressə gətirib çıxarır ki, bu da öd kisəsinin işinə mənfi təsir göstərə, hətta spazma səbəb ola bilər.

"Qışda bir çox vitamin bədən tərəfindən sovrulmur. Xüsusilə soyuq mövsümdə D vitamini çatışmazlığından əziyyət çəkirik. Bu vitamin əzələ tonusunu və aktivliyini artırır, immuniteti gücləndirir, qan təzyiqinin tənzimlənməsində iştirak edir, eyni zamanda qalxanabənzər vəzinin funksiyasını yaxşılaşdırır.
D vitamininin sorulmasını artırmaq üçün isti limonlu su içə bilərsiniz. Bu, öd yollarını rahatlaşdıracaq, fermentlərin istehsalını stimullaşdıracaq və immuniteti artıracaq. Balıq yağı kapsulu qəbul etmək də faydalı olacaq" - rusiyalı terapevt Olqa Burlakova açıqlamasında bildirib.
Rəngarəng geyimlər isə emosional vəziyyətinizi bərpa edən ən sadə texnikadır. Tarixən insanlar qışda tünd, qara paltarlar geyinməyə üstünlük verirlər və nəticədə demək olar ki, yarım ili boz rəngdə keçirirlər.

"Qarderoba parlaq aksessuarlar əlavə etməyə dəyər. Xüsusilə axşam saatlarında gəzintilərin köməyi ilə pis əhval-ruhiyyəni məğlub edə bilərsiniz. Bu, sinir sisteminə faydalı təsir göstərəcək. İşdə boş vaxtınız varsa, ofisdə oturmayın. Çölə çıxın. Yaxınlıqdakı kafedə qəlyanaltı etmək daha faydalıdır. Həftə sonları isə aktiv tətil seçin. Bu, tonusu bərpa edəcək. Digər yaxşı fənd də yay tətiliniz üçün planlar qurmaqdır", - psixoloq Natalya Malışeva məsləhət görür.
Aytən Məftun
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri