Qara kökun faydaları

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 15 155
Səs ver:
(səs: 2)
İtalyan La Stampa qəzetində çıxan xəbərə görə, Avstraliyadakı Queensland Universitetində işləyən elm adamları, etdikləri tədqiqatda, qara kökün içində olan antosiyanin adlı bənövşəyi piqmentlər sayəsində olduqca təsirli bir antioksidant funksiyası yerinə yetirdiyini, ayrıca əhəmiyyətli bir iltihab quruducu, qızdırma salıcı (anti iltihab) xüsusiyyəti olduğunu da müşahidə ediblər.

Tədqiqatçılar,siçanlar üzərində etdikləri araşdırmada, heyvanlara yağ və karbohidratlar baxımından zəngin bir pəhriz tətbiq etdilər.

Qısa müddətdə çəkisi artan siçanlarda, yüksək təzyiq, diyabet, qlükoza dözümlülüyü, qaraciyər və ürək narahatlıqları ortaya çıxdığını görən tədqiqatçılar,bundan sonrakı 2 ay boyunca heyvanlara verilən qidalara qara kök suyu əlavə etdilər.
Əldə edilən nəticələr qarşısında çaşan tədqiqat qrupunun başındakı Lindsay Brown, siçanlara tətbiq olunan "qorxunc" qida proqramının davam etdirilməsinə baxmayaraq,bütün tapıntıların normala qayıtdığını müşahidə etdiklərini söylədi. Narıncı köklərdən təxminən 28 qat çox antosiyanın ehtiva etdiyi qara kökün, antioksidan xüsusiyyətinin onsuz da bilindiyini ifadə edən Brown, ancaq siçanlara tətbiq olunan pis pərizə qarşı təsirinin, bu tərəvəzin iltihab quruducu, qızdırma salıcı (anti iltihab) xüsusiyyəti olduğunu da ortaya qoyduğunu qeyd etdi.

Elm adamları, qara kökün Qərb dünyasında məşhur olan qeyri-sağlam qidalanma modelləri nəticəsində ortaya çıxan sağlamlıq problemlərinə qarşı da təsirli olduğunu bildirdi.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 15 155
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri