Oxşardır sevginin tarixçələri.
Yatmışdıq yuxudan ayıldıq əlbət,
Belədir bir eşqin nəticələri,
Üstəgəl ayrılıq çıxaq məhəbbət.
Heç kimə dərs deyil olub-olacaq,
Həzz ilə zülm edir özünə millət.
Səndən gördüklərim bunlardır ancaq,
Üstəgəl meşəqqət çıxaq mərhəmət.
Hər şeydə günahkar tək məni saydın,
Biz necə olaydıq səninlə xosbəxt?
Cəbrinin cavabı öncədən aydın,
Üstəgəl haqsızlıq cıxaq ədalət.
Dedilər: sınama sınanan haqqdı.
Əzilən adamdan umma dəyanet.
Gör gəlib axırı hayana çıxdı,
Üstəgəl xəyanet çıxaq sədaqət.