Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 26)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 539
Səs ver:
(səs: 0)
İkinci dəftər
26


Dəryaya, toydan bir neçə gün qabaq, təzə binanın üçüncü qatında ikiotaqlı mənzil vermişdilər. Biz orada yaşayırıq. Həyətdə qarajımız da var. İşıqlı pəncərələrimiz geniş prospektə açılır. Şəraitimizdən narazı deyilik. Otaqları öz zövqümdə bəzəmişəm. Səliqəm Dəryanın ürəyincədir. Srağagün telefon da çəkdilər. Anamla tez-tez danışıram. Ərzaq mağazası evimizin altındadır. İnstitutdan gələndə trolleybus lap qapımızın ağzında dayanır. Ancaq Dərya məni maşında aparıb gətirir. Düzü, buna görə bir qədər sıxılıram. Dərsdən çıxanda yoldaşlarımdan tez ayrılmalı oluram. Ərə getmək yaxşıdır. Bircə xörək hazırlamaqla qab-qacaq yumaq adamı əldən salır. Bəlkə mən öyrəncəkli deyiləm, ondandır...
Dünən Dəryanın xətri düşbərə istədi. İki kündə xəmir yoğurdum. Bişirdim. Tamsındım gördüm, şorzəqqum! Qaldım neyləyim. Tez anama zəng çaldım, əhvalatı söylədim. Anam soruşdu:
—Evdə quru kütüm balığınız yoxdur?
Məni gülmək tutdu:
—Ma, sən bəxtəvərlikdən dəm vurursan. Selyodkamız var.
—Eybi yoxdur, daha yaxşı,—deyə anam məni başa saldı:—xörəkdən əvvəl süfrəyə bir parça o selyodkadan qoy. Dərya yesin. Ondan sonra, bişirdiyin düşbərəyə əlavə duz səpməsə, mən heçnə anlamıram.
Doğrudan evdar arvadlar səriştəli olurlar. Naharda adama bir az siyənək balığından yedik. Nimçələri yığışdırıb, stola çörək, qaşıq, nanəlisarımsaqlı sirkə gətirdim. Kasalara düşbərə çəkdim. Anamın məsləhətini yoxlamaq məqsədi ilə, Dərya bir-iki qaşıq yeyən kimi xəbər aldım:
—Necə bişirmişəm, bacarırammı?
Başını tərpədib, dodaqlarını marçıldatdı:
—Dadlıdır… Ancaq xətrinə dəyməsin, şitdir,—dedi və əlini duzqabına uzatdı...
Dəryanın Bakıda heçkəsi yoxdur. Atası müharibədə ölüb, anası böyük oğlu ilə kənddə olur. Özü də, mənzil alıncaya qədər emalatxanada yaşayıb. Amma görüşdüyümüz vaxtlar bunu məndən gizlədib. Dostları, yoldaşları çoxdur—hamısı da incəsənət adamı. Dərya rəsmi heç yerdə işləmir. Təkcə heykəl düzəltməklə məşğuldur. Səhərlər məni instituta qoyub, emalatxanaya gedir. Nahara da evə birlikdə qayıdırıq. Yarızarafat-yarıciddi hərdən mənə eşitdirir ki, həkimliyi qurtarandan sonra heç səni də qulluğa girməyə qoymayacağam. Mənim qazancım bizə gen-bol bəsdir. Onunla razılaşmıram. Mən bəyəm təkcə diplom üçün oxuyuram. Hərənin ürəyində bir arzusu var.—Cəmiyyətə xidmət göstərmək hər bir vətəndaşın müqəddəs borcudur.—Bəs bu sözlər mənə aid deyil?! Deyir, gələcəkdə elə özümüzün, uşaqlarımızın sağlamlığını qorusan kifayətdir. Mənim əqidəmcə o cür xudpəsənd müalicədənsə, geniş ürəkli xəstə olmaq yaxşıdır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri