Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 29)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 520
Səs ver:
(səs: 0)
İkinci dəftər
29


Toyumuzdan qabaq institut yoldaşlarım, rəfiqələrim və yaxın qohumlarımız öz aralarında dilbirləşiblər ki, mənə hədiyyə, köhnə qayda ilə büllur qab-qacaq, ipək parça, ətir qutusu yox, ancaq kitab gətirsinlər. Hərə beş-on qalın cild kitab hazırlayıbmış. Hamısı da kitabın titul səhifəsinə bir-iki cümlə ilə arzusunu yazıb. Mütaliəçi olduğumu eşitdiklərindən, məni bu yolla sevindirməyə çalışıblar. Bəziləri yəqin ki, hədiyyəsini qənaətbəxş, adına layiq sanmadığından kitabın arasına kapron corab, baş yaylığı, şərf kimi şeylər qoymağı da vacib bilib. Eybi yoxdur, adamları birdən-birə köhnə adətindən ayırmaq çətindir. Yavaş-yavaş öyrənərlər. Kitab da o qədərdir ki, təzə mənzilmizə daşısaydıq yer olmayacaqdı. Dərya ilə məsləhətləşmişəm, onları anamgildə öz keçmiş otağıma yığacam. Adını da qoyacağam "Könül kitabxanası.” Neçə il oxusam, bəsimdir. Bu mənim üçün ən gözəl sürprizdir!
Dünən atam şüşəli dolablar alıb. Bayaqdan kitabları səliqəyə saldıqca içərisindən yazıları oxuyuram: "Könülcan! Unutma ki, anan səni bir daha doğmayacaq. Gəncliyini elə yaşa, sonra heyfsilənməyəsən. Dayın Zəka və yoldaşı Rüxsarə.”
"Sevimli rəfiqəm Könülə toy günündən xatirə. Arzulayıram ki, ən azı, bu kitabın vərəqləri sanı ömür edəsən. Gözəlliyin, təravətin solmasın! Minayə”
"Dərya və Könül! Yaxud əksinə. Mən deyərdim ki, məhəbbət mülkünüzün təməli əla keyfiyyətli qranit kimi möhkəm və eyni zamanda çoxdavamlı olsun. Bəxtinizin geniş pəncərəsindən həyat yollarınıza kifayət qədər işıq düşsün və eləcə də ömrünüzün dirəkləri heç zaman əyilməsin. Bilqeyis və onun Mirzə Muxtarı.”
Gör Fəzilə oxlanmış nə yazıb: "Məhəbbətin ləzzəti zaqsın kandarına kimidir.”
 İnstitutda uşaqlar qəti söz qoyublar: bundan sonra toya, mübarəkolsuna, ad gününə kitabdan başqa şey apardı yoxdur! Gözəl təşəbbüsdür. Oğlanların işinə mən qarışmıram, qızlardan hər kim kapron corabı kitabdan çox sevirsə, öz bəxtindən küssün!..
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 520
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri