Səni sevən yatar, bir də oyanmaz

Şərhlər: 7
Baxılıb: 1 429
Səs ver:
(səs: 0)
Səni sevən yatar bir də oyanmaz

Gedişimlə bölünərsən ikiyə,
Bir qadının yoxluğunda itərsən.
Hər işıqda yüyürərsən küçəyə,
Addım-addım ovularsan, bitərsən

İlmə-ilmə sökülərsən içindən,
Tanrı sənə lənətləyər bu ömrü.
Ləkə salar taleyinə, bəxtinə,
Sonra deyər,"göz yaşınla yu ömrü".

Çəkilərsən otağın bir küncünə,
Qara-qara fikirlərə dalarsan.
Yumruqlayıb dizlərini o ki var,
Təkliyinin qisasını alarsan..

Hər ağrıya tab gətirən ürəyin,
Mənsizliyin acısına dayanmaz.
Gəl bu qədər nağıl deyib, uyutma.
Səni sevən yatar, bir də oyanmaz.

Əfsnə Rəvan
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 429
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri