Sənsən

Şərhlər: 7
Baxılıb: 1 738
Səs ver:
(səs: 0)
Mənim ümid yerim də,
Güman yerim də sənsən.
Mənim küsən yerim də,
Uman yerimdə sənsən.

Mən qara kölgə kimi,
Sənə qısılmış qadın.
Qırılmış ümidindən,
Dərtdən asılmış qadın.

Unut mənim əsəbi,
Səbirsiz xislətimi.
Sil yenidən sənlə yaz,
Bəxtimi, qismətimi.

Eşidirsənsə hay ver,
Darıxıram canımçün!
Sağalmayan dərdsən e,
Əbədi sol yanımçün.

Gör nə deyirəm adam,
Gəl, yenə deyib-gülək.
Gəl, yenə də səninlə,
Qoşa döyünsün ürək.

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri