Dünya qoxur bu bədənim

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 1 524
Səs ver:
(səs: 0)
Necə ruhum, təmizlənsin?!
Dünya qoxur, bu bədənim
Haqq eşq ilə, ətirlənsin
Qüsullanım, mən bələnim
Dünya qoxur, bu bədənim

Əger əcəl, döysə qapım
Qalmaz dildə, duzum-dadım
Çıxar başdan, ağıl-yadım
Hazırlansın, ag kəfənim
Dünya qoxur, bu bədənim

Saç ağarar, üz qırışar
Göz pınarım, dolub daşar
Gecəm-gündüzüm qarışar
Var mı, halallıq verənim?
Dünya qoxur, bu bədənim

Çox dedilər, dinləmədim
Halal-haramı, bilmədim
Tövbe belə, heç etmədim
Rəbbim! necə təmizlənim?
Dünya qoxur, bu bədənim

Xanlaroğlu bil, nəfs doymaz
Az olana, qanə olmaz
Şeytan mənde, hüzur qoymaz
Hey yazılır, solum mənim
Dünya qoxur, bu bədənim

Orxan Xanlaroğlu
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 524
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri