Görəsən təzədən sevmək olarmı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 144
Səs ver:
(səs: 0)
GÖRƏSƏN, TƏZƏDƏN SEVMƏK OLARMI

Sən demə, təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş.
Küsüb, gözü yaşlı gedən məhəbbət
Peşiman-peşiman gələ bilərmiş. (N.Kəsəmənli)

Şair, ürəyinə qurban olum mən,
Görəsən təzədən sevmək olarmı?
Titrəyən qocanın əl ağacında
Təzə pöhrələri görmək olarmı?

Mən bilən, təzədən sevmək olarsa,
Xaraba, ev olar təzə qapıyla.
Əritmək olarmı, ayrı bir şamı
Əriyib tükənmiş şamın sapıyla?

Görəsən təzədən sevmək olarmı?
Ağlaya-ağlaya dünyaya gələn,
Anası öləndə, demirmi, kaş ki,
Öləydim, bu günü görməz idim mən?

Məhəbbət bir dəfə olur, demək ki,
onun acısıyla səhra gəzilib,
külünglə dağ döşü çapılırdısa.
Bəs niyə,
bu qədər zülmə dözülüb,
təzə bir məhəbbət tapılırdısa?

Birinci sevgisi daşa dəymişin,
İkinci sevgisi bəs, nəyə dəyər?
daşa dəyən sevgi, dönüb gülləyə
səmtini dəyişib ürəyə dəyər.

Sevgi daşa dəyir, yoxsa, ürəyə?
Ürək daş deyil ki, hər gələn dəyə.
Ürək daş deyil ki, biri tullasın,
Digəri götürüb onu oxşasın.

Ürək daş deyil ki, oynada hamı,
Ürək bir nəfərin daş abidəsi.
Daşlayar, qovlayar ayrı sevgini
Bu daş abidənin daş xatirəsi.

Ceyhun Aranli
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri