Hara qədər

Şərhlər: 4
Baxılıb: 1 611
Səs ver:
(səs: 0)
Pillə - pillə qalxır yaşım,
Yarpaq- yarpaq enir ömür.
Torpaq- torpaq ağırlaşır,
Gah susur, gah dinir ömür.
İndi daşı əzəndə də,
Peşman olur ayaqlarım.
Daşdan yara aldığında
Daşa deyil,ürəyimə
Düşman olur ayaqlarım.
Niyə onu daş -kəsəyə,
Sürüyürsən,ay ürəyim?
Yanlış yolun daş-kəsəyin,
Öpür yorğun ayaqlarım,
Çürüyürsən ,ay ürəyim...
Ömür gedir ayaq- ayaq.
Əcəl gəlir oyaq-oyaq,
Bu get gəlin arasında,
Əriyirsən,ay ürəyim.
Ağac-ağac solur ömür,
Yağışlara küsür,ölür.
Budaq-budaq sınır ürək,
Gedən qırır,gələn gömür.
Calaq-calaq hara qədər?...

Zəhra Əkrəm
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 611
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri