Pillə - pillə qalxır yaşım, Yarpaq- yarpaq enir ömür. Torpaq- torpaq ağırlaşır, Gah susur, gah dinir ömür. İndi daşı əzəndə də, Peşman olur ayaqlarım. Daşdan yara aldığında Daşa deyil,ürəyimə Düşman olur ayaqlarım. Niyə onu daş -kəsəyə, Sürüyürsən,ay ürəyim? Yanlış yolun daş-kəsəyin, Öpür yorğun ayaqlarım, Çürüyürsən ,ay ürəyim... Ömür gedir ayaq- ayaq. Əcəl gəlir oyaq-oyaq, Bu get gəlin arasında, Əriyirsən,ay ürəyim. Ağac-ağac solur ömür, Yağışlara küsür,ölür. Budaq-budaq sınır ürək, Gedən qırır,gələn gömür. Calaq-calaq hara qədər?...