Bəyənməz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 441
Səs ver:
(səs: 3)
Adam var ki, ketməyəsən işinə,
Adam var ki, dolanasan başına,
Adam var ki, ayran tapmır aşına,
Dindirərsən, yağlı nanı bəyənməz

Adam var, dağları gəzər sərsəri,
Adam var, geyinər pustinən1 dəri,
Adam var, mərfətdən yoxdur xəbəri,
Adam var, soltanı, xanı bəyənməz

Adam var, dolanar səhranı, düzü,
Adam var, döşürər gülü-nərgizi,
Adam var, geyməyə tapammaz bezi,
Adam var, al geyər, şalı bəyənməz

Adam var, çox işlər eylər irada,
Adam var ki, yetə bilməz murada,
Adam var ki, çörək tapmaz dünyada,
Adam var, yağ yeyər, balı bəyənməz.

Adam var ki, adamların naxşıdı,
Adam var ki, anlamazdı, naşıdı,
Adam var ki, heyvan ondan yaxşıdı,
Dindirərsən, heç insanı bəyənməz

Adam var dəstinə verərsən güllər,
Adam var, gözünə çəkəsən millər,
Tufarqanlı Abbas, başına küllər,
Nə günə qalmısan, qarı bəyənməz.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 441
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri