Ata haqqında gözəl şeir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 246 339
Səs ver:
(səs: 48)
Necə izah eliyim mən bu dərin dəryanı
Çünki yazmaqa qurtarmaz bu böyük mənanı
Neçə dost ilə qohumla sürəsən dünyanı
Ata yoxdursa demək boşdu bu dünya atasız.

Sevsə hər kim atanın saxlasa gəl hörmətini
Allah ol kəsdən uzaq saxlamaz öz rəhmətini
Atanın qədrini bil vurma yerə zəhmətini
Çox çətindir eləmək bir işi bərpa atasız.

Bir kəsinki ola var dövləti cahu-celalı
Xalq arasında şanı,şöhrəti əqli-kamalı
Ola qardaş bacısı dostları əhli-əyalı
Yenə hiss eylər özün dəhridə tənha atasız.

Tanri xəlq eyləyib insanı gətirdikdə cana
Bəxş edər valideyin vasitəsiylə cahana 
Nə qədər dahi müqəddəs böyük ad olsa ANA
Gələ bilməz həyata bir uşaq əsla atasız.

Bir nəfər vardı Məsiha deyim ondan yeridir
Qeybidən xəlq olub qeybə çəkilmiş diridir
Buda Pərvərdigarın möcüzəsindən biridir
Ki bu dünyaya gəlib Həzrəti İsa atasız.

Ata haqqında bunu söyləməyə haqqım var
Onu inkar edən Allahını eylər inkar
Ey İlahi məni qoy əlsiz, ayaqsız bimar
Rəhm eylə Pərvizi, amma qoyma atasız.

Allah Heç kimi kimi atasız qoyma.
(səs: 48)
Şərhlər: 10
Baxılıb: 246 339
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri