Bir körpənin dilindən (ibrətlik)

Müəllif: my_angel
Şərhlər: 9
Baxılıb: 2 550
Səs ver:
(səs: 0)
Bətnində oturub ölüm əmrimi,
Verdiyin saatı mən gözləyirəm.
Allahın hökmüylə yaranmışamsa,
Mənim fərmanımı niyə verirsən?

Axı ana adı böyük,müqəddəs,
Övlad ölümünə qərar verərmi?
Sən necə anasan?Bir ana da bəs,
Bala qatilinə heç çevrilərmi?

Məni cansız bilib,lazımsız bilib,
Bacı-qardaşımdan sən ayırırsan.
Ay ana,bətnində olsamda hələ,
Mənim əzizimsən,mənim canımsan.

Kəsmə nəfəsimi qurbanın olum,
İzin ver həyata mən də doğulum.
Laylanı eşidim,nəfəsin duyum,
Gecələr qoynunda rahat uyuyum.

Kiçik ürəyimin çırpıntısını,
Yəni hiss etmirsən,duymursan ana?
İndi kəsiləcək əlim,ayağım,
Bəlkə xətt çəkəsən öz qərarına?

Dönmədin fikrindən,qərarın qəti!
Həkimin aləti,mənim dəhşətim.
Kəsilir bədənim,tutulur dilim.
Gözlərin qapanır,doğranır qəlbim.

Atamın nəfəsin mən duymaq üçün,
Nənəmin səsini eşitmək üçün,
Baba qucağında mən gəzmək üçün,
Dünyaya necə tez gəlmək istərdim.

Ana,yaşadığın rahat həyatda,
Bir körpə ömrünə tab gətirmədin.
Cəhənnəm yaratdın ayağın altda,
Cənnət cəfasını çəkə bilmədin.

Yenə də canımsan,qanımsan ana,
Mən səni hər zaman özləyəcəyəm.
Səni bircə anlıq mən görmək üçün,
Cənnət qapısında gözləyəcəyəm.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri