Dünya köhnə dünyadı

Müəllif: Fialka
Şərhlər: 12
Baxılıb: 596
Paylaş:
Səs ver:
(səs: 3)
Dünya köhnə dünyadı,
Sevgiləri təzədi.

Görüşə gedəni var,
Görüşdən gələni var.
Kövrəlib ağlayanı,
Ürəkdən güləni var.

Son bahar yarpaqları
Saralmış xatirədir.
Dünyaya sevgi gəlir,
Dünyadan sevgi gedir.

Dağlarda qar əridi,
Qışın üzü yazadı.
Dünya köhnə dünyadı,
Gülüşləri təzədi.

Çəmənlərə şeh düşür,
Sırğa taxır çiçəklər.
Çiçəkləri gül əllər
Çəməndən dərəcəklər.

Hər ürək çiçək kimi
Məhəbbətlə açılır.
Ömrümüzə bir eşqin
Son ünvanı yazılır.

Hər çiyəyin ünvanı
Bir gülüzlü qızadı.
Dünya köhnə dünyadı,
Çiçəkləri təzədi.

Göylər baxıb güllərə
Hər səhər güzgülənir.
Hər axşam ulduzlardan
Yeni sevgi ələnir.

Ulduzların bizimlə
Sirli bir söhbəti var.
Sevənlərin köksündə
Dəniz məhəbbəti var.

Yenə də ömrümüzü
Gül-çiçəklər bəzədi.
Xatirələr dil açdı,
Sevgi nəğməsini dedi.
Dünya köhnə dünyadı,
Sevgiləri təzədi...

Nüsrət Kəsəmənli

loading...
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 596
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Antikvar
Ulduzların bizimlə
Sirli bir söhbəti var.
Sevənlərin köksündə
Dəniz məhəbbəti var.

Ulduzlar seyr etməyi çox sevirəm.En çox ulduzlar rayon yerlərində səmanı bürüyür,hər işiq saçmağıyla sanki parıltısıynan insana nəsə deməyə çalışır.Təbii məndə hər kəs kimi ən parıltılı ulduzu öz himayəmə götürürəm)
Belə şarimizin şeiri heç pis olarmı?)Çox bəyəndim.Tşk.
25 noyabr 2015 13:49
12
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
vipbetul
gozel seirdir
25 noyabr 2015 13:41
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
duymecik
nusret kesemenlinin weirlreini cox xosluyuram. tsk
25 noyabr 2015 13:37
10
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Offline
Happy
Qəşəng şeirdi. Bəyəndim :)
25 noyabr 2015 12:19
9
Offline
naz_vefa
Dunya hemin dunyadi insanlar deyiwib sadece bu weiri cox sevrem
25 noyabr 2015 11:35
8
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Offline
guler19
Nüsrət Kəsəmənlinin şeirləri superdi. Bu şeiridə insanı valeh edir çox bəyəndim tşklər.
25 noyabr 2015 11:20
7
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
SENSİZ
Weerin adin oxuyanda artiq meni ozune celb etdi.Cox gozel weerdi
25 noyabr 2015 09:32
6
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Grsu
Dunya hemin dunyadi,insanlari eclaflasib
25 noyabr 2015 09:31
5
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Offline
BARBI
Bu sairin seirlerinin bir basqa dadi var. dunya ele hemin dunyadi sadece insanlar deyisilib
25 noyabr 2015 09:26
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
arzum-aysum
Şeri oxuduqca dərin düşüncələrə daldım bir anliq. Meni aldi apardi. Nüsrət kesemenli şeri bele de olmalidi
25 noyabr 2015 07:41
3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Dosta_inam
Ulduzların bizimlə,
Sirli bir söhbəti var.
Sevənlərin köksündə,
Dəniz məhəbbəti var.
25 noyabr 2015 07:06
2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Roza
Cox gozel serdi beyendimm
25 noyabr 2015 07:01
1
....

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv