Sən də o zamanlar sevsəydin məni, Qəlbimi yad eşqə məhkum etməzdim. Sevmədən tutub da özgə əlləri, Özümə bu qədər cəza verməzdim.
Sən bir kəz sevirəm desəydin mənə, Hər yerdə səsini soraqlamazdım. Adını bir kimsə çəkdiyi yerdə, Kənara çəkilib hey ağlamazdım.
Sən bir kəz üzümə gülsəydin əgər Niyə gizlədərdim təbəssümümü? Hər gülən dodaqda səni axtarıb Niyə itirərdim sənsiz özümü?
Bəlkə o zamanlar sevsəydin məni Sevginin varlığın danmazdım belə. Sevdiyin insan da sevsəydi səni İnan mən bu qədər yanmazdım belə.
Sən kaş ki, əcəlim olardın mənim, Mənə qardaş deyib dostum olmazdın. Necə ki, eşqimə uzaq dururdun, Elə özümə də yaxın qalmazdın! Müəllif:İslam Qədirli