Fikir etmə bu dünyanin dərdini Sevda yormaz, tenhaliga alişma Bir gün dönüb gələcəyim olmasa Bilki yoxam, öldüm artiq bagişla.. Könlüm məndən uzaqdadir, yarali Xəyalinla əl-çək başim tumarla Öz ehdimə dönük çixmiş tek, sanma Yoxam çoxdan, yoxlugumu bagişla Bir gün açib gözlerini baxanda Uzaq yoldan gələn sevdaya dalma Kirpiklərin göz yaşiyla dolanda Bilki yoxam bu dünyada, bagişla.. Yox olsamda, mənsizliyə darixma Uzad qollarini, gəl boynumu qucaqla Əllərin boş çixsa, boşa toxunsa Düşünkü dumandir-xəyal, bagişla… Söz verib gəlmədim, səndə gözlədin Günləri - aylara, ilə dəyişdin Yanaqda süzüldüm, dodaqda bitdim Bitməyən qelbində məni bagişla.. Mənlə, mənsiz yandin sevgi odunda Yazib keçənləri bükdün varaqa Bu əhdin dərdini çəkdin daşlara Xəbər göndərmədən öldüm, bagişla