Yalnız qadınlar fit bədən quruluşu üçün çalışmır. Kişilər də sağlam həyat tərzi üçün idman zallarında vaxt keçirir, az kalorili qidalanmağa çalışırlar. Qarnını və artıq çəkisini dərd edən kişilərə uyğun pəhriz proqramı təqdim edir. İki ay davam edən pəhriz sayəsində 8 kilo arıqlaya bilərsiz. Gündəlik qəbul ediən kalori miqdarı 1600-1800 olmalıdır. Çay, qəhvə, tərəvəz, meyvə suyu içə bilərsiz, ancaq şəkərsiz. Gün ərzində 250 ml-dən çox spirtli içki qəbul etmək olmaz. Gün ərzində 1 ədəd meyvə, qoz, fındıq, quru meyvələr yemək olar. Salatlara limon suyu, ədviyyat və sirkə əlavə edin. Qaynadılmış, buxarda bişirilmiş yeməklər yeyin. Qızardılmış, hisə verilmiş, yağlı ət, təzə xəmir xörəkləri, mayonez, kərə yağı yeməyin. Pəhrizə dəqiqliklə əməl etməklə istədiyiniz nəticəyə nail ola biləcəksiz.
Səhər yeməyi üçün nümunələr: Bir dilim pendirli, tərəvəzli sendviç (toyuq filesi də əlavə edə bilərsiz) Dəniz məhsulları Toyuq, ya balıq dilimi ilə tərəvəz salatı 2-3 yumurtadan hazırlanmış qayğanaq, bir ovuc konservləşdirilmiş yaşıl noxud Balıq kotleti, göbələk, bir dilim qara çörək və 100 ml meyvə suyu Qaynadılmış makaron, təzə xiyar və göyərti Bir tikə balıq, kartof və 100 qr qatıq Pörtdədilmiş, ya da buxarda hazırlanmış tərəvəz Şəkərsiz, ya meyvəsiz sıyıq Bir dilim pendirlə çörək 1 yumurta, qreypfrut Pendir, tərəvəz Meyvə salatı və yoqurt Qatıq, kəpəkli çörək dilimi, 2 çay qaşığı bal Günorta yeməyi üçün nümunələr: Pendir, vermeşil, göbələk, soğan, tərəvəz, yağsız lobya, balıq, turş kələm, turşəng, gicitkən, toyuq bulyonundan hazırlanmış fərqli suplar. Toyuğun döş əti və qabıqlı kartof Göbələk və qaraciyər, 2 ədəd pomidor Toyuq və spagetti, tərəvəz salatı Bir parça balıq, tərəvəz Kələm dolması Ət və tərəvəz salatı Qatılaşdırımış süd, meyvə və baldan hazırlanmış salat Bibər dolması Ət və qarabaşaq Mal əti, pomidor, sarımsaq, göyərti salatı Düyülü kotlet Qəlyanaltı nümunələri: Qatıq, ya da digər süd məhsulları Tərəvəz, ya da pendirli bir dilim çörək Qaynadılmış yumurta Qayğanaq, pomidor, bir dilim qara çörək Tərəvəz salatı, buğda çörəyi, yağsız “vetçina” Meyvə, tərəvəz, ya da giləmeyvə Çərəzlər
Axşam yeməyi nümunələri: Dəniz məhsulları Sendviç : yağsız pendir, toyuq, ya da balıq, yağsız vetçina (əti tərəvəzlə əvəz etmək olar), qara çörək Limon suyu və qreypfrutlu balıq Təzə tərəvəzlərdən salat Balıq, ya toyuq filesi Lobya, pendir, 2 dilim çörək, 1 alma, qatıq Makaron və tərəvəz salatı Buxarda bişirilmiş tərəvəz Pomidor, pendir, turp Konservləşdirilmiş yaşıl noxud, xiyar, pendir və kələm salatı Bifşteks və bir dilim çörək Bu pəhrizlə yanaşı futbol oynamaq, ya da saatda 10-12 km qaçmaqla 450 kalori, 30 dəqiqə basketbol oynamaqla 280 kalori yandıra bilərsiz. Pəhrizi yarımçıq buraxdınızsa, bir də 4 ay sonra təkrarlaya bilərsiz