Bakıdakı masaj salonunda elan: “18-30 yaş arası və yalnız qız işçilər axtarılır”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 23 069
Səs ver:
(səs: 10)

Müxtəlif adlar altında fəaliyyət göstərən masaj salonlarının sayı paytaxt Bakıda durmadan artır. Bakıda təkcə Çin, tay masaj salonları deyil, həm də azərbaycanlıların işlətdiyi masaj salonları az deyil. Amma müalicəvi bir prosedur olan masaj tibbi personal tərəfindən deyil, adi insanlar tərəfindən aparılır. Halbuki, masaj - xəstə və yorğun bir orqanın yenidən əvvəlki durumuna qaytarılması üçün orqanizm üzərində tətbiq edilən müalicə nümunəsidir. Günbəgün çoxalan və lisenziyasız fəaliyyət göstərən masaj salonlarına heç bir nəzarət yoxdur. Son günlər isə masaj salonları haqqında söz-söhbətlər çoxalıb. Hətta bir neçə gün qabaq Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova açıqlamasında paytaxtda yerləşən bir sıra masaj salonlarında yetkinlik yaşına çatmayan qızların intimual xidmətlər göstərdiyini söyləyib.

Modern xəbər portalı paytaxtda masaj salonlarının hansı şərtlərdə fəaliyyət göstərdiyini araşdırıb.

Bu məqsədlə paytaxtın mərkəzində yerləşən bir neçə masaj salonuna yollandıq. Rastlaşdığımız masaj salonun daxil olan kimi maraqlandığımız ilk şey qiymətlər oldu. Öyrəndik ki, bir nəfər üçün masaj 30 manatdır. Xidmətin müddəti saat yarımdır. Masaj 40 dəqiqə davam edir. Masajçı xanımlar isə bildirdilər ki, yerdə qalan vaxtda müştərini başqa şeylərlə təmin edirlər. 2 nəfər 45 manat, 3 nəfər isə 70 manat ödəməlidir. Menecerə "başqa şey dedikdə nəyi nəzərdə tutursunuz” sualını verdikdə "Ürəyiniz nə istəsə, onu” cavabını aldıq. Salonda isə heç bir tibbi masaj edilmədiyini də dedilər:

"Bizdə yalnız rahatlama masajları edilir”. Baş çəkdiyimiz elə ilk masaj salonunun lisenziyasız fəaliyyət göstərdiyini də öyrənə bildik.

Yollandığımız növbəti salon da maraqlı masajları ilə müştəriləri cəlb edirdi.
"Yalnız kişilər üçün! Masaj (4 əllə, banka ilə, yağ, krem, maz və balla), osteoxondroz, revmatizm və yorğunluğu aradan qaldırmaq üçün özünüzə vaxt ayırın, bizə gəlin, razı qalın, süpürgə, pedikür, hovuz, buğlanma, duş, velatrenajor, sulu qəlyan, çay, kofe kimi xidmətlər göstərilir”.
Elanda yazılanları oxuyub içəri keçdik. Addımımızı içəri qoyan kimi bildirdilər ki, bura kişilər üçün nəzərdə tutulub. Özümü sındırmayıb mən də kişi xeylağı üçün qiymətlərlə maraqlanmaq istədiyimi bildirdim. Çox çək-çevirdən sonra öyrəndim ki, masajın 1 saatı 30 manatdır.

Nə qədər qəribə olsa da, araşdırmamız zamanı Bakıda masaj salonu adı altında "qeyri-masaj xidmətləri” təklif edən yerlərə də rast gəldik. Məsələn, "28 May” metrostansiyası yaxınlığında yerləşən "Səbinə” salonunda masaj adı altında gizli işlər olduğunu da salona daxil olandan sonra öyrəndik. Obyektin üstündəki lövhədə heç nə yazılmasa da, vətəndaşlardan öyrəndik ki, zirzəmidə fəaliyyət göstərən "masaj salonu”un adı "Səbinədir”. Dırnaqarası masaj salonunun girəcəyində isə belə bir elanla rastlaşdıq "18-30 yaş arası qız işçilər axtarılır”. İçəri keçər-keçməz siqaret tüstüsündən kimə, hara yaxınlaşacağımı şaşırdım. Elə qapının ağzındaca məni qarşılayan bir nəfər "masajçı” onlar da tibbi masajdan başqa bütün masaj xidmətlərinin olduğunu söylədi. Nə qədər qəribə olsa da, masajın qiymətini xidmətdən sonra danışdıqlarını dedilər.

Paytaxt küçələrindəki bu qısa araşdırmamızdan sonra məlum oldu ki, müxtəlif adlarla masaj xidmətləri təklif edən salonların heç birinə nəzarət olunmur. Baş çəkdiyimiz masaj salonlarının bəzilərinin isə günün günorta çağı açıq-açığına əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyini öz gözlərimizlə gördük.

Tam masaj xidmətləri göstərən salonların nə lisenziyası var idi, nə də orda çalışan personalın sertifikatı.

Bu cür salonlara nəzarətin vacibliyini vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, xarici ölkələrdə masaj salonlarına ciddi dövlət nəzarəti var: "Azərbaycanda da həm qeyri-millətdən olanların, həm də azərbaycanlıların açdığı masaj salonlarında mütəmadi yoxlamalar aparılmalıdır. Təəssüf ki, belə yoxlamaların aparılmır. Paytaxtın ən mərkəz yerlərində açıq-aşkar fəaliyyət göstərən masaj salonlarının heç birinə nəzarət edilmir”.

Səhiyyə və Sağlam Həyat İctimai Birliyinin rəhbəri Lətafət Əlizadə də bildirdi ki, masaj salonları Səhiyyə Nazirliyi tərəfindən nəzarətə götürülməlidir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirdi ki, masaj salonlarına Səhiyyə Nazirliyi nəzarət etmir: "Nazirlik heç bir masaj salonunu lisenziyalaşdırmır. Əgər həmin salonlarda tibbi xidmət göstərilmirsə, ona lisenziya verilmir. Əgər onlar sırf masajla məşğul olursa, bu başqa məsələ”.

Anar Qədirli onu da bildirdi ki, kimsə evində tibbi müalicə ilə məşğul olursa, bu, qanunsuzdur.

(səs: 10)
Şərhlər: 2
Baxılıb: 23 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri