Zaur: “Gah dostumu düşmən bildim, gah namərdə arxalandım”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 504
Səs ver:
(səs: 2)
ATV telekanalının aparıcısı Zaur Baxşəliyev son günlər şeirlər yazaraq, onları İnstaqram səhifəsində paylaşır.

Manşet.Az-ın məlumatına görə, aparıcı dünən yeni bir şeir paylaşıb.

Zaur Baxşəliyevin həmin şeirini təqdim edirik:

Düşmən külək kimi əsər, gözə dəyməz yeli yıxar

Hardan desən vurar, kəsər, balta kimi beli yıxar.

Dosta dönüb dona girər, bala dönər zəhəri də

Xırda-xırda, birər-birər parçalayar içəridən.

Gah dostumu düşmən bildim, gah namərdə arxalandım

Ayılıb günümə güldüm, nehrə kimi çalxalandım

Üzümün yağın namərdlər, ayranımı dostlar içdi.

Nə ayranımdan verdilər, nə yağımda yemək bişdi.

Yenə qapımı döyən var, qalxım görüm kimdir gələn

Ya bir yığın dost olacaq, ya da bir yığın düşmən.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 504
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri