Zaur Baxşəliyev əmisi oğlunun toyunda döyüldü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 16 550
Səs ver:
(səs: 6)
Tanınmış aparıcı Zaur Baxşəliyevin toy mərasimində döyülməsi xəbəri yayılıb.

Qadınlar.Biz-in məlumatına görə bu barədə toyda iştirak edən qonaqlardan biri məlumat verib. Mənbə qeyd edib ki, hadisə ATV kanalının aparıcısı Z.Baxşəliyevin əmisi oğlu Sənan Baxşəliyevin toy mərasimində baş verib.

Toy mərasimi sentyabrın 18-də Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən "Tural” şadlıq sarayında baş tutub. Naməlum səbəbdən toyda dava düşüb. Mənbənin sözlərinə görə, Zaur Baxşəliyev mübahisə edən tərəfləri sakitləşdirmək istəyərkən təzyiqə məruz qalıb.

"Tural” şadlıq sarayından toyda baş verən dava təsdiqlənsə də, Zaur Baxşəliyevin döyülməsindən xəbərsiz olduqlarını bildirdilər.

Xatırladaq ki, Sənan Baxşəliyev ATV kanalında yayımlanan Z.Baxşəliyevin aparıcısı olduğu "Öz aramızda” verilişində çalışır.

Sözügedən toydan çəkilmiş fotoları təqdim edirik.
(milli az)
(səs: 6)
Şərhlər: 11
Baxılıb: 16 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri