Məşhur model ərinin axırına çıxdı - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 553
Səs ver:
(səs: 0)
Tanınmış model, şou-biznesin qlamur ulduzlarından olan 32 yaşlı Keti Klirinin əri Endryu Ştern intihar edib. O, tapançanı başına dayayaraq atəş açıb.
40 yaşlı iş adamının intiharının səbəbləri dəqiq bilinmir. Polisin ilkin versiyasına görə, E.Ştern depressiyaya düşdüyünə görə həyatı ilə vidalaşa bilərdi.
 
Qadınlar.Biz Closer-ə istinadən bildirir ki, aprel ayında ərlə arvad arasında möhkəm dava düşmüşdü. Keti Klirinin Hollivud ulduzu Leonardo Di Kaprio, bir neçə gün sonra isə aktyor, musiqiçi və rejissor Edrian Qrenye ilə gecə klublarında əylənməsi, sonra da onlarla otellərə yollanaraq səhərədək "eşq gecəsi" keçirməsi barədə əvvəlcə dedi-qodular, sonra da mediada yer alan paparassi fotoları Endryu Şterni çılğına döndərmişdi.
 
O, Keti Klirini xəyanətdə suçlamış, arvadı da cavabında "Yaxşı edirəm, çünki sən kişi deyilsən!" bağırmışdı.
Apreldəki bu davadan sonra Keti Kliri boşanma ərizəsi ilə məhkəməyə üz tutmuşdu.
 
"America's Next Top Model" şousunun ilk buraxılışında yer alan, sonra da "Deal Or No Deal" teleserialının bir seriyasına çəkilən Keti Kliri özünü artıq əsl şou-biznes ulduzu hesab edir.
 
Fransanın Kann şəhərində keçirilmiş beynəlxalq kinofestivalda Leonardo Di Kaprionun yanından əl çəkməyən Keti Kliri aktyorla yatağa girəndən sonra Edrian Qrenyeni "tor"a salmağa çalışmışdı.
 
Bu barədə mediada xəbərlər yayılandan sonar Endryu Şternin səbr kasası daşmışdı.
O, Kaliforniyanın San-Fernando səmtindəki villada arvadı ilə danışmaq istəsə də, Keti bu istəyi rədd etmişdi.
 
Keti Klirinin mətbuat katibi TMZ-yə açıqlamasında "Kanndakı fotolar adi məsələdir və depressiyaya səbəb olmamalı idi" desə də, mərhum Endryu Şternin dostları belə düşünmürlər.
 
"Arvadının açıq şəkildə ona xəyanət etməsi, həftədə iki-üç kişi ilə yatağa girməsi Endryunu depressiyaya salmışdı. Endryu özünü alçalmış hiss edirdi", - mərhumun yaxınları deyiblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 553
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri