Gözlərin açılması üçün bu uşaq ölməliydi? - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 2 738
Səs ver:
(səs: 2)
Sentyabrın 2-də Türkiyənin Bodrum kurortunda, dənizin sahilə vurduğu uşağın cəsədinin fotosu dünyada milyonlarla insanı şoka salıb.
Bu uşaq Suriyanın Kobani şəhərindən olan 3 yaşlı Aylan Kurdidir.

Aylan, onun atası, anası, 5 yaşlı qardaşı Qalib və daha 15 nəfər kobanili iki rezin qayıqda Bodrumdan "yola çıxmışdılar". Qayıqlar Aralıq dənizində idilər və Yunanıstanın Kos adasına üzürdülər.
Fəqət, qayıqdakı miqrantların 12 nəfəri batıblar.
Kurdi ailəsindən sağ qalan yalnız Aylanın atası Abdulladır.
Abdullanın dediyinə görə, ailə üzvlərinin cəsədlərini Kobaniyə aparacaq, orada dəfn edəcək.

Kurdi ailəsi Suriyadakı vətəndaş müharibəsindən qaçan yüz minlərlə suriyalılar arasında idi. Kurdilər əvvəlcə Türkiyəyə üz tutdular. Abdullanın bacısı, 20 il əvvəl Kanadanın Vankuver şəhərinə mühacirət etmiş Tima Kurdinin dediyinə görə, qardaşına və onun ailəsinə yardım etməyə çalışıb.
O, Ottawa Citize-yə bildirib: "Qardaşıma, onun arvadı Rehana, balaca Qalib və Aylana Kanadada qaçqın statusu almaq istəyirdim, buna çalışırdım. Amma mühacirət xidməti iyunda rədd cavabı verdi. Üstəlik, Türkiyədə gərəkli sənədlərin əldə olunmasıyla bağlı problemlər yarandı".

3 yaşlı Aylan Kurdinin ölümü isə Avropa mediası üçün, deyəsən, miqrantların faciəsinin simvoluna çevrilib.
Məsələn, Fransanın Le Monde qəzetinin baş redaktoru Jerom Fenolio Aylanla bağlı məqaləsini "Gözlərimizi açacaq fotoşəkil" adlandırıb və yazıb: "Bu, çox qəddar reallıqdır. Avropa Birliyinin rəhbərliyinin gözləri, nəhayət ki, açılmalı, problemin effektiv həllinə başlanmalıdır".
Balaca Aylanın ölümü on minlərlə miqrantın probleminin həllini sürətləndirib.
Financial Times bildirir ki, Brüsselin hazırladığı yeni plana görə, Avropa Birliyi ölkələri qəbul ediləcək miqrantların sayı ilə bağlı kvotanı 4 dəfə artırmalıdır. Fransa bu qərarı dəstəklədiyini və problemi ən yaxın vaxtlarda Almaniya ilə müzakirə edəcəyini bildirib.
Britaniyanın baş naziri Devid Kemeron da ölkəsinin daha çox miqrant qəbul etməyə hazır olduğunu söyləyib.
Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bu həftə AB üzvlərinə müraciət edərək Yunanıstan, İtaliya və Macarıstana yığışmış 160 miqrantın qəbul edilməsinə şərait yaratmağı təklif edəcək.
Halbuki, indiyədək kvota cəmi 40 min miqrant idi...

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 13
Baxılıb: 2 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri