Azərbaycanda sevgi dramı: YOX cavabına görə özünü öldürdü

Müəllif: Antikvar
Şərhlər: 24
Baxılıb: 728
Paylaş:
Səs ver:
(səs: 0)
İntihar edən gəncin məktubu tapılıb.
Martın 4-nə keçən gecə Zərdab rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub. 
1998-ci ilin 22 yanvar tarixində anadan olmuş Məmmədov Sərxan Arif oğlu sevdiyi qızdan "yox” cavabı aldığı üçün həyatına qəsd edib.
 
18 yaşını yenicə tamam etmiş Sərxan yaxın qohumlarından birinin qızını sevirmiş. O, Qazaxıstanda yaşayan qızla mütəmadi əlaqə saxlayırmış və onunla mesajlaşırmış. Qıza sevgisini elan edən gənc oğlan əsgərliyə yola düşmək ərəfəsində ondan cavab almağa çalışırmış. Bu günlərdə həmin qızdan "yox” cavabı alan S.Məmmədov dərin sarsıntı keçirib və intihar etmək qərarına gəlib.
 
Dünən axşam ailə üzvləri evdə televizora baxarkən S.Məmmədov həyətə düşüb və özünü talvardan asaraq intihar edib. Gecə saatlarında onun yatağında olmadığını görən yaxınları həyətə düşəndə dəhşətli mənzərə ilə üzləşiblər.
 
18 yaşlı Sərxan intihar etməzdən əvvəl ailə üzvlərinə məktub yazıb. Yataq otağından tapılan məktubda o, intiharına görə kimsənin günahkar olmadığını deyib və bir xahişinin sevdiyi qızın valideynlərinə çatdırılmasını xahiş edib: "Xahiş edirəm, onun valideynlərinə deyin ki, onu sevdiyi şəxsə versinlər, sevmədiyi adamla evlənməyə məcbur etməsinlər".
 
Qeyd edək ki, S.Məmmədovun sevdiyi qıza yazdığı mesajlar da aşkar edilib.

loading...
(səs: 0)
Şərhlər: 24
Baxılıb: 728
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
HAPPY_EYES
Gerek ınsanda ırade ola, sevmırse demek qısmet deyılmıs
7 mart 2016 11:47
24
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Offline
_LeylaC_
caaaaaaaaaaaaan yaziq pis oldumeee.
6 mart 2016 12:36
23
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
Offline
Totu
Cox pis oldum lap kovreldim indi qiz belke utandiqindan ezab cekecek belke de vecinede almiyacaq ama kaw ozunu oldurmeseydi.allah rehmet elesin
6 mart 2016 11:54
22
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
The___end
Hec bir insana gore deymezki Allah qarsisinda gunaha batasan
6 mart 2016 09:43
21
Offline
Dosta_inam
Ay çox pis təsir etdi mənə, Allah rəhmət etsin, o yaş həssas yaşlarıdır gənclərin, bu dövrdə valideynlər daha diqqətli olmalıdır, heyif bir gəng yoxdur artıq.
6 mart 2016 09:23
20
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Ekizlerin mamasi
O yaş həssas dövrdür həm qiz hemde oglan cun. Ancaq dəyməzdi belə hərəkət etmeyine
6 mart 2016 08:53
19
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Offline
Fialka
İnsanın ən həssas dönəmi onun yeniyetməlik dövrüdür hansı ki, bu dövrdə hər şey psixoloji olaraq daha qabarıq formada təsir edir. Heç kəs üçün intihar etməyə dəyməz nəticədə həm günahdır həmdə eqoistlik çünki valideynlərini düşünmədən başqa birisi üçün canından keçmək.. Qarşı tərəfdə ömür boyu vicdan əzabıyla aldığı ahla yaşamaq heçdə asan olmaz düşünürəm ki,.. Allah səbr versin ailəsinə birdə valideynlər daha diqqətli olsalar yaxşıdır xüsusilə bu dövrdə..
6 mart 2016 08:05
18
Offline
bitanesi
Insanin xeyallari puc olanda ne desen eder...Allah rehmet elesin...indi o oglanin ele ya$ dovruduki xeyallar alemiyle realligi qebul ede bilneyib...hamimiz o ya$ dovrunde olmu$uq o zaman ba$ veren hadiselerden here bir cure kecib...ama olmaz heyatda hec kime gore deymez...
6 mart 2016 01:21
17
Offline
vipbetul
sefehlik kimese gore ozunu oldurmek heyqetende sefehlik hec usaqda bu gur hereket etmez axi hec anlamirame bele dusungesiz insalari
6 mart 2016 00:56
16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Canavar sevgisi
Dunyanin en boyuk gunahlarinnan biri Allahin emanet elediyi cana zerer vermekdir.
Qarwiliqsiz sevmeyi bacarmaq lazimdir. Unutma sev amma ureyinde . Guclu olmaq lazimdi
5 mart 2016 23:55
15
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
Offline
Antikvar
Bir qıza görə intahar etmək doğru deyil,hələ bu qız sənə deyər vermirsə.18yaşda həyatına öz əlləri ilə son qoydu,görünür çox aslılıq olub o qıza qarşı ,əyər indidə etməsəydi haçansa bu addımı atardı çünki oğlanın psixoloji problemləri olub nəticənin sonuna baxdıqda belə anlamaq çətin deyil.
5 mart 2016 23:14
14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
tatyana
Acizz bir ibsan,kisiye yarasmaz acizlik
5 mart 2016 23:03
13
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
1205
İntihar acizlikdi.ustelik de esger gedecekmiş mence bu oglan psixoloji sarsinti kecirib
5 mart 2016 22:56
12
Offline
ayka95
Oxudum cox pis oldum ,mence bir qiza gore bunu etmeye deymezdi .Allah rehmet etsin .Allah valideynlerine sebr versin
5 mart 2016 22:16
11
Offline
Marta
Soz tapmiram(((((((
5 mart 2016 21:34
10
Немного терпения, и у тебя все получится..
Offline
Tomris Müslümova
Dəyərdimi? Valideynlərini gözü yaşlı qoymağa dəyərdimi? Sevmək ayıb şey deyilee ancaq ki,hər şeyində həddi varda.Allah rəhmət eləsin valideynlərinə Allah səbr versin.O yaşda oğlanlarında qızlarında biraz problemli dövrüdür.Əsgərlik qorxusu üstəlikdə qızın ona yox deməsi ikili zərbə vurub.
5 mart 2016 21:29
9
Sən sadəcə mənimsən...!
Offline
Narın Yağış
Çox pis oldumm -_- qızda ömür boyu vicdan əzabı çəkəcək.Ama heçkim heçkimi sevməyə məcbur deyil.Bu qızı sevirsə mütləq qızda bunu sevməlidir? Boş yerə günah qazandı.Allah rhmət etsin.
5 mart 2016 21:28
8
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart
Offline
_damla_
Həqiqətəndə pis bir hadisədir.Yox deyirsə,desin.Əgər həmin insan onun gələcəyidirsə,demək ki, o öz gələcəyini məhv edir!
Axır vaxtlar artıq bu "mod" olub!
5 mart 2016 20:59
7
Offline
savior angel
aydaa ne pis oldum off bu nediyee axwam axwam pis oldum:(
5 mart 2016 20:55
6
Heç vaxt səni heç kesle muqayise elemerem..!Çünkü menim uçun sen En Yaxsisan :)!!
Online
aziz a
Ay aman nece pis oldum.goresen o qiz indi.ne fikirlesir???.usagin aglina baxe....can can
5 mart 2016 20:44
5
Rebbim kömek olsun cümlemize Amin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv