Hamilə qadını zorlayıb, əlini ütü ilə yandırdı - DƏHŞƏT - FOTOLAR

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 536
Səs ver:
(səs: 0)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadını əzab verməkdə, zorlamaqda, quldurluqda təqsirləndirilən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R.Mehdiyev 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Həmin vaxt Aliyə Mansurova hamilə olub.

Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 130-cu (Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma) 133.2.2-cü (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə), 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 180( quldurluq) maddələrinə tövsif edilmiş və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, zərərçəkmiş şəxs vaxtilə Lent.az- a başına gələn dəhşətlərlə bağlı danışıb. Yazı çap olunandan sonra Rüfət Mehdiyev saxlanılıb.

Hamilə qadını zorlayıb, əlini ütü ilə yandırdı - DƏHŞƏT - FOTOLAR

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri