Eksklüziv şoraba: ŞUBALI XİYARLAR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 6 797
Səs ver:
(səs: 0)
Eksklüziv şoraba: ŞUBALI XİYARLAR
Bu üsul çoxdan var, kim edibsə, peşman olmayıb. Görənlər və dadanlar da təəccüblənib.

Ərzaqlar:

Xiyar – 2 kq.
Kələm – 2 kq.
Xren (qıtıqotu) – yarpaqları
Şüyüd
Sarımsaq – 3 diş
Duz -1,5 x.q.
Şəkər tozu - 2 x.q.
Sirkə 9%-li - 70 ml.

Hazırlanması:

3 litrlik balonlar sterilizə olunur. İçinə xren, şüyüd yarpaqları, sarımsaq atılır. Yuyulub qurudulmuş xiyarların ucları kəsilir. Hər xiyar kələmin iç zərif yarpağına bükülür və balona sıx yığılır. Ayrıca qazanda marinad hazırlanır: 2 litr suya 1,5 x.q. duz, 2 x.q. şəkər tozu qatılıb qaynadılır. Balona 70 ml. 9%-li sirkə tökülür, üzərindən isti marinad suyu əlavə olunur. 15 dəqiqə qaynar suda sterilizə olunub, qapağı kip bağlanır.

Eksklüziv şoraba: ŞUBALI XİYARLAR
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 6 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri