3 litrlik balonlar sterilizə olunur. İçinə xren, şüyüd yarpaqları, sarımsaq atılır. Yuyulub qurudulmuş xiyarların ucları kəsilir. Hər xiyar kələmin iç zərif yarpağına bükülür və balona sıx yığılır. Ayrıca qazanda marinad hazırlanır: 2 litr suya 1,5 x.q. duz, 2 x.q. şəkər tozu qatılıb qaynadılır. Balona 70 ml. 9%-li sirkə tökülür, üzərindən isti marinad suyu əlavə olunur. 15 dəqiqə qaynar suda sterilizə olunub, qapağı kip bağlanır.