San Sebastian cheesecake resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 8 636
Səs ver:
(səs: 0)
İspaniyada muxtar Bask Bölgəsində Guipzcoa rayonunda bir şəhər olan San Sebastian şəhərində yerləşən La Vina adlı bir restoranda ilk dəfə bişirilən San Sebastyan cheesecake əslində "yanıq cheesecake" kimi də tanınır. Bütün dünyaya yayılan şöhrəti sayəsində ləziz San Sebastyan cheesecake, hazırlanması çox praktik və bəsit olan bir şirniyyatdır. İçi lap yumşaq olan bu desert, sanki hamar toxuması sayəsində özünə heyran qoyur. Bəs bu qədər maraq edilən San Sebastyan cheesecake necə edilir? Resepti Qadinla.com-un bu məqaləsində.

SAN SEBASTYAN CHEESECAKE RESEPTİ:

Tərkibi:
4 yemək qaşığı un
2 su stəkanı krem
900 qram ağ krem pendir
6 ədəd yumurta
1+3/4 su stəkanı toz şəkər

Hazırlanması:

Şəkər ilə krem pendiri 1 dəqiqə ərzində sürətli çırpın.

Çalmağa davam edərkən yumurta bir-bir əlavə edin. Homogen konsistensiya gələn xəmirin içərisinə son olaraq da unu da əlavə edin və yaxşıca qarışdırın.

23-24 sm-lik qandallı qəlibi içini və kənarlarını yumşalmış kərə yağ və ya marqarinlə yağlayın.

İçərisinə qarışığı tökün və 190 dərəcəlik əvvəlcədən qızdırılmış sobada 40-45 dəqiqə bişirin. 20 dəqiqə sobanın qapısını heç açmadan bişməyə qoyun.

Bişən keksi soyuyana qədər qəlibdən çıxarın. Daha sonra qəlibdən çıxardıqdan sonra üzərinə sous və ya sadə bir şəkildə xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 8 636
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri