Braziliya İçli Küftəsi (Coxinha)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 307
Səs ver:
(səs: 4)

Vəsaitlər:
İçi üçun
 
2 ədəd toyuq sinəsi
 
1 pərdə şəklində doğranmış pomidor
 
1 ədəd rəndələnilmiş kök
 
4 incə qıyılmış təzə soğan
 
2 diş rəndələnmiş sarımsaq
 
 doğranmış  cəfəri
 
1 qaşıq zeytun yağı
 
1 çay qaşığı duz
 
bolca qara bibər
 

Xəmiri üçün:

 

2 su stəkanı toyuq suyu

 

aldığı qədər un (təxminən 3 su stəkanı)

 

1yemək qaşığı maye yağ 

 

Qızartmaq üçün:

 

1 yumurta

 

1 yemək qaşığı süd

 

unu

 

  maye yağ 

 

Hazırlanışı

 

Toyuq sinələri qaynadılar, didiklənir. Doğranmış pomidor, təzə soğan, rəndələnmiş kök, rəndələnmiş sarımsaq, incə doğranmış cəfəri, didiklənmiş toyuq ətləri bir qabda qarışdırılır. Üzərlərinə 1 yemək qaşığı duru yağ, 1 yemək qaşığı toyuq suyu və duz, qara bibər əlavə edilir.

 

Başqa bir qabda un tökülür, ortası açılır və soyumuş toyuq suyu ilə 1 yemək qaşığı maye yağ əlavə olunur. Xəmir yapışmaz bir səviyyəyə gələnə qədər yoğurulur. 10 dəqiqə gözlədilir. Sonra xəmirdən qoz böyüklüyündə parçalar alınaraq ovuc içərisində  açılır. Ortasına vəsait qoyulur və kənarları üstə gətirilərək qatlanır. Bu əməliyyatı edərkən xəmirin yırtılmamasına və tamamilə bağlı olmasına diqqət göstərilməlidir. Xəmirin şəkli armuda bənzəməlidir.

 

Başqa bir qabda 1 yumurta 1 yemək qaşığı süd ilə çırpılır hazırladığımız küftələr ilk once yumurta və südün qarışığına batırılır sonda isə una və qızardırılır

 

 

 

 

 
 Nuş olsun! :nyam:
Redakte etdi:
PRETTY_GIRL

 

 

 

 

 

 

 

 

(səs: 4)
Şərhlər: 3
Baxılıb: 6 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri