2 ləziz dad

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 758
Səs ver:
(səs: 2)

Ananaslı meyvə salatı:

Lazım olan ərzaqlar:
1 ədəd ananas
100 qram çiyələk
1 ədəd kivi
2 şorba qaşığı pudra şəkər
1 stəkan çiyələk likörü
Hazırlanması:
Ananası eninə iki yerə bölün və içərisini zərər vermədən çıxarın,dilimləyin. Kivinin qabığını soyun və dilimləyin.
Çiyələkləri yuduqdan sonra uzununa iki yerə bölün. Bir qabın içində ananasları, çiyələkləri, kivini qarışdırın.
Bu meyvə qarışığını iki yerə bölüb, içini çıxardığınız ananasın içinə qoyun.
Çiyələk likörünü və pudra şəkərini  qarışdırın və salatın üzərinə gəzdirin.
Və salat hazırdır.

*********************************************************************

Kartoflu omlet:
Lazım olan ərzaqlar:
6 kiçik ölçülü kartof (soyulmuş və kub şəklində doğranmış)
2 yumurta (qarışdırılmış)
2 ədəd təzə soğan (doğranır sadəcə yaşıl yerləri)
2 ədəd yaşıl bibər (doğranmış)
100qr ət (kub şəklində doğranır)
Ağ pendir
1 çay qaşığı xardal
Duz, istiot
Hazılanması:
Əvvəlcə soba 250 dərəcəyə qədər qızdırılır, sonra isə içərisini yağladığınız tavaya kartofları atın, rəngi saralana qədər bişirin.
Sonra bibər və qovrulmuş əti tavaya əlavə edin. Bir neçə dəqiqə bir yerdə bişirin, sonra digər ərzaqları da əlavə edib, üzərini azca örtəcək qədər pendir rəndələyin.
Və pendir əriyənə qədər bişirin.
Omletin içərisinə istədiyiniz başqa ərzaqlarıda qata bilərsiniz. 
Nuş olsun! nyam


(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 758
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri