Nasi Goreng plov resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 547
Səs ver:
(səs: 2)
İndoneziya mətbəxinə aid olan ‘Nasi Goreng' dilimizə tərcümədə ‘qızardılmış plov' deməkdir.İndoneziya mətbəxinin ən məşhur milli yeməklərindəndir. 2011-ci ildəCNN Internationalın internet üzərindən təşkil etdiyi bir anketdə dünyanın ən ləzzətli 50 yeməyi arasında ‘Nasi Goreng' 2-ci yerəlayiq görülmüşdür.

Bu plovun müxtəlif növləri hazırlanır: balıqlı, dana  ətli, toyuqlu, bananlı, yumurtalı, tərəvəzli və s. Amma plovun əsl ləzzəti istifadə edilən ədviyyat qarışığındadır.

"Nasi ədviyyatı”:
1 ç.q zəncəfil tozu
1 ç.q havlıcan ədviyyatı
1 deserti qaşığı keşniş
½ ç.q qırmızı bibər
1 ç.q sarımsaq tozu
½ ç.q sarıkök
½ ç.q kimyon

Tərkibi:
1,5- 2 stəkan düyü
2 kasa toyuğun döş əti
1 kasa doğranmış pırasa
½  kasa julyen doğranmış kök
1 kasa soya filizi
1 kasa jülyen doğranmış ağ kələm
1 baş soğan
1 ədəd qırmızı bibər
Duru yağ
Duz

Hazırlanması:
Düyü bol suda qaynadılaraq suyu süzülür və soyuması üçün bir kənara qoyulur.

Tavada quşbaşı doğranmış toyuq əti suyunu çəkənə qədər bişirilir, suyunu çəkdikdən sonra duru yağ və doğranmış bütün tərəvəzlər əlavə olunaraq qovrulur,

"Nasi ədviyyatı” 1 stəkan suyun içərisinə atılır, qarışdırılır və bişməkdə olan toyuq və tərəvəzlərin üzərində gəzdirilir, (Qeyd edək ki, hazır alınan nasi ədviyyatları kifayət qədər duzludur ,bu vəziyyətdə duz istifadə etməyə ehtiyac yoxdur)

Daha sonra bişirib soyutduğumuz düyülərdə əlavə olunaraq bir müddət yüksək atəşdə düyü yüngül qovrulana qədər bişirilir. Plovumuz hazırdır.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 547
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri