Zoğal mürəbbəsi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 1 607
Səs ver:
(səs: 0)
Tərkibi:
1 kq zoğal
750 q şəkər tozu
Yarım su stəkanı su
1 şirin qaşığı təzə sıxılmış limon suyu

Hazırlanması:
Saplaq hissələrini kəsdiyiniz zoğalları bol suda yuyub süzdürərək sonra dərin bir qazana köçürün. Toz şəkərlə qarışdırıb qapağı örtülü qazanda gözlədin (şəkərə qoyduğunuz zoğalları, bir gecə qədər saxlamanızda fayda var).

Şəkərdə gözləyən zoğalları az miqdarda su əlavə qaynamağa buraxın. Qaynayıb göz göz olmağa başlayanda zəif odda 45-50 dəqiqə qədər, ara ara nəzarət edərək bişirin. Qazanının səthinə çıxan köpükləri bir qaşıq, ya da kəfgir köməyiylə alın.

Bişirmə prosesinin sonuna doğru konsistensiya alan mürəbbəyə təzə sıxılmış limon suyunu qatın ocaqdan götürün. Bankaya doldurub qapağını möhkəm bağlayın. Tərs çevirib soyuması üçün gözlədin.

Otaq temperaturunda soyuyan zoğal mürəbbəsini, istilik və işıq keçirməyən qapalı bir yerdə mühafizə edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 607
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri