Soğan mürəbbəsi yemisiniz? - HAZIRLANMA QAYDASI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 267
Səs ver:
(səs: 1)
Lazım olanlar:
2 kq soğan
2 stəkan şəkər tozu
1 stəkan zeytun yağı
1 çay qaşığı duz
3 xörək qaşığı alma sirkəsi
3 ədəd mixək

Hazırlanması:

Soğanları ya əllə, ya da mətbəx robotunda kiçik şəkildə doğrayın. Qalın altı olan bir qazanın içərisində zeytun yağında soğanı öldürün və duz tökün. Soğanların rəngi şəffaflaşanda şəkər tozu əlavə edin və bir az qarışdırın. Mixək və sirkə əlavə edib, qazanın qapağı bağlayın və çox az odda bişirin. Bir boşqabın üzərinə bir çay qaşığı qədər qoyun, əgər axmırsa, demək, hazırdır.

Mürəbbə əvvəlcədən qaynadılaraq sterilizə edilən balonlara isti-isti yığılır və dərhal qapağı bağlanaraq soyuyana qədər tərs çevirilir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri