Ləzzətli kərəvizli yemək resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 521
Səs ver:
(səs: 0)
Tərkibi:
3 ədəd kereviz
1 yemək qaşığı zeytinyağı
1 ədəd kartof
1 ədəd yerkökü
1 şirin qaşığı duz
100 qram rəndələnmiş kaşar peyniri
2 diş sarımsak
1/2 dəstə cəfəri

Hazırlanması:
Sobanı 165 dərəcəyə nizamlayın. Kərəvizləri təmizləyin və saplarını ayırın. Kub kub doğrayın. Yerkökü və kartofları də kərəvizlə eyni boyda olacaq şəkildə doğrayın. İstiliyə dözümlü soba qabını yağlayın. Bütün tərəvəzləri bir qabın içində birləşdirin. Duz, istiot və zeytun yağıyla bir-birinə yaxşıca qarışdırın. Ən son döyülmüş sarımsağı əlavə edin. Soba qabına aromatlaşdırılmış tərəvəzləri alın və sobada 15-20 dəqiqə bişirin. Tərəvəzlər yumşalandan sonra sobadan çıxardın və kaşar pendiri rəndəsini əlavə edib yenidən bişirin. Pendirlər əriyəndə sobadan çıxarıb, incə incə qıyılmış kərəviz sapları ilə bəzəyib xidmət edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 521
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri