Tərkibi:
3 kartof
500 q toyuq ürəyi
1 yerkökü
1 şirin bibər
mayonez
göyərti
nar - bəzək üçün
Omlet:
4 yumurta
1 x.q. un
duz
bıçağın ucunda soda
Hazırlanması:
Bu salat "tərsinə" hazırlanır.
Toyuq ürəyini təmizləyib, yuyub 10 dəqiqə qaynadın.
Omlet üçün ərzaqları qarışdırıb 2 blinçik bişirin.
Kartof və yerkökünü bişirib soyudun. Kartofu sürtgəcin iri gözündən keçirin, mayonez və doğranmış göyərti ilə qarışdırın.
Omletin üstünə mayonez çəkib doğranmış göyərti səpin. Rulet kimi bükün, 7-8 mm enində doğrayın.
Dərin salat qabının içinə qida plyonkası döşəyin. Rulet dilimlərini yaxın-yaxın dibdən qıraqlara doğru düzün.
Kartof qarışığının 2/3 hissəsini bunun üstünə çəkin.
Ürəkləri
dilimləyin. Yerkökünü sürtgəcdən keçirin. Bibəri xırda doğrayın.
Bunların hamısını mayonezlə qarışdırın. Salat qabının içinə doldurun,
hamarlayın.
Kartoflu qarışığın qalanını bunun üstünə çəkib hamarlayın. Salatı soyuducuda 2 saat saxlayın ki, bərkiyib özünü tutsun.
Sonra qabın ağzına bulud tutub tərs çevirin. Salat qabını və qida plyonkasını götürün.