Günün Ləzizi: Çiyələkli tiramisu

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 207
Səs ver:
(səs: 3)

 Ərzaqlar:

On iki karamelli vafli

Bir litr süd
Bir su stəkanı toz şəkər
İki xörək q. un
İki xörək q. nişasta
Bir yumurta sarısı
İki paket vanil
Bir paket labne pendiri
1 su stəkanı isti Su
3 xörək q. şək tozu
2 xörək q. granül qəhvə

 Üstü üçün:

 çiyələk

kakao
Hazırlanması:

 Geniş bir qazana şəkər və südü qoyun. Yumurta sarısı, vanil, nişasta və unu əlavə edərək bişirməyə qoyun bişdikdən sonra labne pendirindən içinə qoyub qarışdırın. Granül qəhvə, isti su, şəkəri bir qabın içində qarışdırın vafli isladıb qəlibə sırayla doldurun. Kremin yarısını qəlıbdakı vafli üzərinə tökün. Qalan vafliləri də düzüb kremin hamısını üzərinə boşaldın. Dilimlənmiş çiyələkləri üzərinə düzüb bir gün soyuducuda saxlayın bundan əlavə üzərinə kakao səpə bilərsiniz.

Nuş olsun 


(səs: 3)
Şərhlər: 2
Baxılıb: 3 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri