Tərkibi:
3 yumurta
1 stəkan yarım şəkər tozu
1 stəkan duru yağ
1 stəkan qatıq
1 ç\q soda
1 paket vanel
1 paket kabartma tozu
2 stəkan un
Kremi üçün:
Qatlaşdırılmış süd
1 sana
Üzəri üçün:
Yer fındığı
Qayısı qurusu
Hazırlanması:
Yumurta çalınır, üzərinə
şəkər tozu əlavə edilib, qarışdırılır. Sonra yağ, qatıq, soda, vanel,
kabartma tozu və un əlavə edib qarışdırılır.
200° dərəcədə isidilmiş sobada kiçik keks qablarında bişirilir.
Soyuduqdan sonra içi çay qaşığı ilə
oyulur, krem vurulur. Üzəri xırda-xırda doğranmış qayısı qurusu və
xırdalanmış yer fındığı ilə bəzədilir.