Evliyəm, amma başqasını sevirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 34 732
Səs ver:
(səs: 7)
23 yaşdayam, adımı gizli tutacağam və mən evliliyimi istəyərək qurmadım. Yəni yoldaşım olan insan tərəfindən bir axşam işdən gələn zaman qaçırıldım. Bəlkə xoşbəxt olaram deyə dözdüm, tanımadığım birinə bədənimi çətində olsa təslim etdim. Amma heç cür öyrəşə bilmədim və ər dediyim adamı sevə bilmədim! Yaşadığım yerdə Həsən adlı biriylə tanış oldum. Eyni binada yaşayırıq. Tanış olmamız təsadüfən oldu desəm daha doğru olar. Çünki evin aşağısındakı marketdə göz -gözə gəldik, ilk danışma orada başladı. Sonra bir həftə sonu binadan çölə çıxarkən pilləkəndə  qarşı-qarşıya gəldik və bir-birimizə cazibədar baxışmalar bəxş etdik. Mən o gün anladım bu uşağın gözü məndədir!

Elə, belə deyərkən bu mənə ortancıl  qardaşıyla məktub göndərdi. Oxudum və məndən telefon nömrəmi verməmi istəyirdi. Mənimdə o oğlanda gözüm olduğu üçün heç çəkinmədən nömrəmi yazıb qardaşıyla göndərdim. Ərimin olmadığı bir gün mənə mesaj yazdı və təksən deyə sual verdi mənə. Məndə bəli, ərim  evdə yoxdur! Deyə cavab yazdım. 5 dəqiqə keçmədi və mənimlə canlı danışmaq üçün zəng etdi. Bununla da telefonda bir-birimizlə danışdıq, aramızda sevgili olma qərarı verdik. Hər nə qədər axmaq iş gömüş olsam da, xoşbəxt olmaq üçün bu yollardayam deyə bilərəm.
Tanış olduğum bu adamla nizamlı sevgili halında eşq yaşayırıq. Bunun la yanaşı yaxınlıqda edirik və onunla çox xoşbəxtəm. Məni özünə aşiq etməyi bacardı, buna görə onunla  daim yan-yana olmaq üçün can atıram. İndi qadın olduğumu və canı ürəkdən sevdiyimi Həsən adlı sevgilimlə də anladım. Ərim olan adam  gəlib axşamlar yemək istəyər, gedər yatar və həftə sonu  mənimlə maraqlanma deyilən şeylərdən uzaq qaçar. Belə birini əminəm siz də  istəməzsiniz. Çünki dözüləcək  biri deyil. Bəlkə böyük səhv edirəm, amma o da məni qaçırmaqla dünyanın səhvini etdi. Evlənmədən əvvəl onunda üzünə dedim. Səni sevməyəcəyəm, tək səhvində səninlə olmayacağam deyə! O nə səhvlər etdi və hələ etməyə davam edir. Etsin baxaq məndə belə gözəlcə həm  dözürəm, həm də zövqümü  yaşayıram.
Amma  mənə qarğış etməyin, səhvmi qəbul edirəm, amma o insana  inad olsun deyə bu yoldayam. Həm sevgili olduğum oğlanı dəlicəsinə sevirəm, ona aşiqəm.

P.S. Sizcə ən böyük səhv kimdədir? Hansı bir insana xəyanətə görə haqq verilər?  Xəyanətlə qazanılan xoşbəxtliyi nə dərəcədə xoşbəxtlik adlandırmaq olar?

/Mənbə: Qadınlar.biz/
(səs: 7)
Şərhlər: 4
Baxılıb: 34 732
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri