Hüzurum (5-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 5 295
Səs ver:
(səs: 0)
Hüzur telefonun alarm səsiylə oyandı. Normalda bu vaxt alarm çalsa çox sevdiyi yuxusundan oyanmaqda çətinlik çəkə bilərdi amma sübh namazına oyandırdığı üçün bu alarm, heç çətinlik çəkmədən oyana bilirdi. Yataqdan qalxdı və hamama yönəldi. Dəstəmazını alıb namaz geyimlərini geyindi və namazını qılmağa başladı.

Çox insan üçün sübh namazına oyanmaq çox çətindir, hətta oyanmaq istəmirlər amma bir bilsələr, sübh namazının ayrı bir hüzuru var. Yaradan'la günün ilk vaxtında görüşüb, gününə hüzur dolu başlayırsan.

Namazını qılıb duasını da etdikdən sonra Hüzur mətbəxə getdi və sağ əlini çox işlətməməyə çalışaraq süfrəni hazırlamağa başladı. Dəstəmaz alarkən əlinin sarğı binti ilə sarındığını görüncə çox sevinmişdi. Demək ki, əri sarımışdı.

Gülümsəyərək süfrəni hazırladı. Bu səfər bilinçik hazırlaya bilməyəcəkdi. Masa hazır olunca otağına geri döndü və yatağını yığdı. Namaz geyimlərini də çıxarıb dolabını açdı, bugün universitetə geyinəcəklərini çıxartdı.

Ayaq biləklərində bitən qələm ətəyini, düz sadə koftasını geyindi. Şarfını da bağladı. Hələ saat tez idi. Biraz kitab oxuya bilərdi əri oyanana qədər.

Yarımçıq qalan kitabını alaraq oxumağa başladı. Hər səhifədə ayrı bir eşq yaşadı. Zaman necə keçdi, anlamadı. Başını qaldırıb saata baxınca 07:30 olduğunu gördü. Kitabını tumbanın üstünə qoyaraq dərs kitablarını hazırladı və yatağının üstünə oturaraq gözləməyə başladı.

Əli alarmın səsiylə oyandı və qorxuducu baxışlarla baxdı saata. Qarşısındakı canlı biri olsa heç şübhəsiz qorxub qaçardı.

Yatağından qalxdı və saçları dağılmış bir şəkildə hamama gedib özünə çəki-düzən verdi. Ardıyca da otağına geri dönərək formasını geyindi. Sıxıntıyla ofladı. Bugün o 3 adamdan çəkəcəyi vardı, bunu bilirdi.

Gecə yatmazdan əvvəl də çox düşünmüş amma nə edəcəyinə qərar verə bilməmişdi. Necə davranacağını isə bilmirdi.Otağından çıxdı və mətbəxə getdi. Hazırlanan süfrəyə baxdı və ardıyca da qol saatına və qapının girişinə. Masanın başındakı stula oturdu və bir şeylər yeməyə başladı. Bugün gözləmə yox idi və bu Əlinin gözündən qaçmamışdı.

Stula oturduqdan sonra dünən yaşadıqları ağlına gəldi. Və bir ayrıntını hələ indi fərq edirdi. Mətbəxi kim təmizləmişdi? Bu sual adamı düşündürdü, stuldan qalxmadan arvadını səslədi.

"Hüzur."

Hüzur otağında yatağına oturmuş Əlinin evdən çıxmağını gözləyirdi. Gözü divardakı saatdaydı və əqrəbin hər irəliləməsində ümidlənirdi, yeməyini yediyinə dair. Gözlərkən də düşünmüş və özünə gəlməli olduğunu qavramışdı. Bu belə davam edə bilməzdi heç vaxt!
Adının səslənilməsi ilə yatağın üstündən qalxdı və qorxuyla qapını araladı. Yenə nə üçün əsəbləşəcək, deyə düşündü.

Əli qapının açılmaq səsini eşitsə də, addım səslərini eşitməyincə səsini biraz daha yumşaltmaq qərarı aldı.

"Hüzur." dedi təkrardan və yenə heç bir hərəkət eşitməyincə də stulundan qalxdı və mətbəxdən çıxdı. Koridorun başına gəlib qapının önündə duran gənc qıza baxdı və sadəcə düz bir səs tonuyla "gəl" dedi.

Hüzur mətbəxə tərəf addımladı. Əlinin mətbəxə girməsiylə özü də mətbəxə girdi və baxışlarını bir başa masaya çevirdi və gördüyü ilə gülümsədi. Əli qəhvaltı etmişdi.

Əli baxışlarını arvadına çevirdi və onun gülümsəyərək masaya baxmasıyla o da baxışlarını ora çevirdi və arvadına geri döndürdü baxışlarını. Bir qəhvaltı etmişdi deyəmi bu gülümsəmə və belə sevinmək?

"Mətbəxi sən yığışdırmısan?"

Bu sualla Hüzur dünən səhəri xatırladı və axşam evə gəldiyində mətbəxin halını xatırladı. Bu ayrıntıya necə fikir verməmişdi? Təəccüblü bir şəkildə "yox" dedi. Əri bunu soruşduğuna görə o da yığışdırmamışdı. Bəs bu mətbəxi kim yığışdırmışdı?
Əli gözlərini qısaraq arvadına və nə ardıyca da mətbəxə baxdı və ağlına gələn gerçəklə dodaqlarını araladı.

"Anam..."

❣❣
1 GÜN ƏVVƏL

Fəridə xanım iki həftədir evli olan oğlunun evinə gedə bilmirdi çünki əri Asif bəy izn vermirdi. Yeni evlilərin evinə belə tez gedilməzmiş. Buraxacaqlarmış, bir birlərini tanımalıymışlar. Bəli. Bunları Fəridə xanım da bilir və haq verirdi. Amma Hüzur və Əli normal bir evlilik etməmişdilər ki. Onlarınki zoraki bir evliliyə yaxın idi və oğlunun gəlininə pis davranmasından qorxurdu.

Oğlu heç bir zaman bir qadına əl qaldırmamışdı, qaldırmazdı da. Bunun əxlaqsız bir davranış olduğunu hələ uşaq ikən öyrənmişdi. "Bir qadına əl qaldıracaqsansa gedib o əli qıracaqsan." demişdi gəncliyə ilk addımlarını atdığı zamanlarda Əliyə. Sonralarında da "Qadınlar dua kimidir. Necə Yaradan'a dua edərkən xoşbəzt və hüzur dolu oluruqsa qadına da dua edər kimi yaxınlaşarsan hüzuru və xoşbəxtliyi taparsan." demişdi və bu barədə ən vurğulu nəsihətini ən sona saxlamış və Peyğəmbər'in (s.a.v) hədisini söyləmişdi.
"Qadınlar sizə Allah'ın əmanətidir."

Fəridə xanım bu keçmişi bir kənara buraxaraq yoldaşıyla kiçik bir davanın ardından oğlunun evinin önündə idi. Dərin bir nəfəs aldı və özündə olan açarla qapını açdı. Oğlunun idarədə olacağını bilirdi. Gəlininin, yəni qızı yerinə qoyduğu Hüzurun universitetdə olacağını düşünürdü. Fəridə xanım ayaqqabılarını çıxarıb içəri girdi.

İlk olaraq evə bir göz gəzdirəndən sonra oğlunun otağına girdi. Dolabları açıb baxdı və Hüzurun geyimlərinin buraya yerləşmədiyini görüncə yatağa baxdı. Oğlu hər zaman tək yastıqla yatardı və gördüyü tək yastıqla gerçəyi anladı.

"Sən bunun üçün çox peşman olacaqsan Əli." deyərək gəldiyi kimi otaqdan çıxıb gənc qızın otağı olduğunu düşündüyü otağa baxdı. O otağında eyni cür olduğunu görüncə qaşlarını çataraq salona göz atıb mətbəxə keçdi. Gördüyü mənzərə ilə şok oldu."Hii." deyərək əllərini dodaqlarının üstünə başladı və yerə saçılmış yeməklərə, şüşə parçalarının üzərində gözlərini gəzdirdi.

"Sən görərsən Əli." deyərək də cəld işə başladı və mətbəxi təmizlədi. Yığışdırarkən də oğluna saydırırdı. "Eşşək adam! İşin gərəyi sərtsən də, bu məsum qızın nə günahı var?" dedi və təmizliyə atıb davam etdi.

"Mən bilirəm nə edəcəm!" deyərək son parçaları da çöpə atıb süpürməyə başladı. Ardıyca sildinmi, qurtardı. Mətbəx təmizləndi də, o axmaq oğlu Hüzurun qəlbindəki yaraları necə təmizləyəcəkdi?

Fəridə xanım evi təkrardan gəzib düşüncələrinin yoldaşlığı ilə evdən çıxdı və öz evinə qısa müddətdə çatdı. Evinə gedib ərinə hər şeyi danışdı. Planlarını anlatmadan. O planlar sadəcə özündə qalacaq və hər kəs nə olduğunu görəcəkdi.

"Plan 1:Siçanlar" deyərək əl çırpdı və üzündəki gülümsəmə ilə mətbəxə gedib axşam yeməyini hazırlamağa başladı.

❣❣

Əli evdən çıxar çıxmaz Hüzur da çıxdı. Əli motorsikletinə havalı şəkildə minib binadan çıxan arvadını izlədi. Başdan ayağa nə geyindiyinə baxdı amma sonra da bu davranışı üçün özünə əsəbləşdi. Ona nəydi ki, onun geyimindən?

Hüzur binadan çıxınca ərinin motorsikletinin üstündən ona baxdığını gördü. Baxışlarını qaçırdı və önünə baxaraq yeriməyə başladı. Tam ərinin yanından keçəcək ikən ərinin səsini eşitdi.

"Dərsə bu saatda gedirsən?"

"Hə."

"Tez deyil? Saat hələ 8'dir."

"Nuranə ilə dərs edəcəyik." deyərək arxasını döndü və ərinin bir şey deməsini gözləmədən addımlamağa başladı.

Nə edəcəyini, necə davranacağını bilmirdi gənc qız. Bu bilinməzlik içində də atası üçün çox darıxdığının fərqinə vardı. Onunla pis ayrılsa da, nəticədə o atası idi. Tək başına qalmışdı evdə. Bu düşüncənin gerçəkliyiylə gözləri nəmləndi Hüzurun. Hər daim atasına bağlı bir qız övladı olmuşdu. Ana yoxluğunu heç bildirməyən atasına, tək bir istəyi üçün arxasını dönmüşdü. İndi düşününcə atasına haqsızlıq etdiyinin fərqinə vardı.

Ata bambaşqa idi.
Ananın, ana sevgisinin, şəfqətinin necə bir hiss oıduğunu bilmirdi Hüzur çünki heç dadmamışdı. Bəzən elə bir an gələr və "Anam olsaydı nə olardı?" deyə düşünər, bəzən də "görəsən anam məni sevərmiydi, ya da necə sevərdi?" deyə düşünərdi.

Ana ilə qız övladı arasında gerçəkləşən hisdən yoxsun olan Hüzur bu açığını atası sayəsində bağlamışdı. Atası hər daim yanında olmuş, heç bir anında yalnız buraxmamışdı onu. Yeri gəldi dost oldu... Yeri gəldi sirdaş oldu... Yeri gəldi ana oldu... Amma hamısının birləşimində mükəmməl bir ata oldu.

Birlikdə bu həyata tutundular. Birlikdə gəzməyə gedib, birlikdə əylənib, birlikdə kitab oxudular. Yeri gəldi sırf Hüzur istəyir deyə sinemaya gedib, alışveriş etdilər. Səbrlə onunla mağaza mağaza gəzərdi.

Hüzur o anları, atasının ona olan sevgisini düşündükcə nəmlənən gözləri yaşlarla dolurdu.

Hüzur duyğusallıq selinə qapıldı və dayanacağa doğru getməyə davam etdi. Avtobusu 5-10 dəqiqə gözlədikdən sonra gələn avtobusa mindi. Qulaqcıqlarını taxdı və atasıyla çox sevərək dinlədiyi mahnını açaraq dinləməyə başladı.

Mahnı oxunduqca atasıyla olan anlarını təkrar yaşadı. Gözyaşları axarkən, xatırladığı xatirələrlə dodağı yüngülcə qıvrıldı və təbəssüm etdi başını yerə əyərək.

❣❣

Əhməd bəy iki həftədir qızının yoxluğunu ən uc nöqtələrdə və boşluğa düşmüş kimi hiss edirdi. Yoldaşı öldükdən sonra evinin sevinci bircə qızı olmuşdu hər zaman. İndi o evlənincə, ki bunu ona özü məcbur etmişdi, evinin sevinci itmişdi. Səssizləşmişdi evi... Tək başına qaldı bu dünyada. Hüzurunun "Səni heç vaxt bağışlamayacam." deməsi bir an olsun ağlından çıxmır, hər an yorğun qəlbini parçalarcasına onu xatırlayırdı.

Əhməd bəy qızının otağında yatağının üstündə oturmuş, əlində hər daim Hüzurum dediyi qızın gülümsəyərək poz verdiyi şəklini tuturdu. Göz yaşları daha artıq dayana bilmədi və azadlığa qovuşdular.Qızı bir an olsun ağlından çıxmırdı. Şəklinə baxıb sanki qızına həqiqətən deyirmiş kimi gözlərinin içinə baxaraq "Bağışla qızım... Bağışla Hüzurum..." dedi. Ardıyca da şəkli pencəyinin iç cibinə qoyaraq otaqdan çıxdı və Asif bəyi gözləməyə başladı.

Asif bəy arvadına vəziyyəti izah edib evdən çıxdı və dostum dediyi adamın evinə getmək üçün taksiyə mindi. Bugün dostu üçün çox önəmli bir gün idi və hər şey bugün anlaşılacaqdı. Pis bir nəticə olmaması üçün dua etdi Asif bəy.

Qısa bir müddət sonra Əhməd bəyin evinin önünə gəlincə taksi şoferinə 2 dəqiqə gözləməsini deyib aşağı düşdü və qapını döydü. Əhməd bəy də qapının çalınması ilə dərin bir nəfəs alaraq evdən çıxdı.

İki köhnə dost xəstəxananın önünə gəlincə dərin bir nəfəs aldılar. Asif bəy dostuna güc vermək istərcəsinə çiyninə əlini qoyaraq yüngülcə sıxdı və "Gedək, gözəl xəbərlər bizi gözləyir." dedi gülümsəməyə çalışdı amma üzündəki gülümsəmənin məcburi olduğu çox bəlli idi, ki bunu Əhməd bəy də anladı amma səsini çıxartmadı.

Əhməd bəy də dostunun çiynindəki əlinin üstünə öz əlini qoyaraq yüngülcə sıxıb gözlərinin içinə baxdı gülümsəyərək. Dodaqlarını araladı və tək bir şey söylədi.

"Hüzurum öncə Allah'a, sonra sizə əmanət."

Sonrasında iki dost xəstəxanadan içəri girib həkimin otağına girdilər. Qarşılıqlı oturdular və həkimin nə deyəcəyini gözlədilər.

❣❣
Hüzur universitetə gəlincə hər zaman Nuranə ilə oturduqları yerə oturdu və rəfiqəsi gələnə qədər yanında gətirdiyi romanını açıb oxumağa başladı. Romanının bitməsinə bir neçə səhifə qalmışdı və indi o səhifələri bitirməyi planlayırdı.

Qısa bir müddət sonra romanı bitincə kitabı bağladı və gözlərini romanının üzərində gəzdirdi. Türkcə bir roman idi. Destan... Yazarı o qədər çəkici bir dildə yazmışdı ki, etkilənməmək əldə deyildi. Devranın hər "kalbim" deməsində öz ürəyi həyəcanla atırdı amma sonra əsla belə sevilməyəcəyi ağlına gəlincə ürəyi yavaşlayır və nəfəs almaqda çətinlik çəkirdi.

Baxışlarını üzgün bir şəkildə qaldırdı və ətrafa baxdı rəfiqəsi gəlirmi deyə. Çox baxmağına gərək qalmadan rəfiqəsi üzündəki gülümsəməsi ilə yanına gəlib "Sabahın xeyir quzum." deyərək yanaqlarından öpdü.

Hüzur da rəfiqəsinin gülümsəməsinə qarşılıq üzündəki üzgün ifadəni silməyə çalışaraq gülümsədi və rəfiqəsinə baxdı.

Gülmək bəlkə də acılarımızı göstərməmək üçün taxdığımız bir maska idi.

❣❣

Əli ona cavab haqqı tanımadan gedən arvadının arxasından əsəbləşdiyini hiss etdi. Onsuz da çox sevgili(!) arvadı hər daim onun əsəbləriylə oynayırdı amma nəysə. Motorunu işə saldı və arxasında toz dumanını buraxaraq idarəyə doğru yol aldı.

Hüseyn, Əmir və Yaqub idarədə oturmuş, bir şikayət gəlməyini gözləyirdilər. Dünənki universitet məsələsində digər dostlarını coşduran 3 adam həps edilmiş və ortaq bir yol tapılıb ailələrinin də işə qarışması ilə 1 gün nəzarətdə qalıb səhər yenidən universitetə getmişdilər.

Hüseyn oflayaraq stulda arxaya doğru söykəndi və əllərini saçlarının arasından keçirtdi. Ürəyi sıxılırdı dünən olanları xatırlayınca.

"Xeyirdir çapqın?" deyərək alayla dostuna baxdı Yaqub. Əmir də "Nə olub sənə?" deyərək suala açıqlıq gətirdi.

Hüseyn dostlarının sualıyla onlara baxıb əlini qaldırdı və boş ver deyərmiş kimi hərəkət etdirdi. Dünən acşam Nuranə ilə qısa dialoqları ağlına gəlincə də qaşlarını çatmaqdan geri dura bilmədi.

❣❣

1 GÜN ƏVVƏL.
Hüseyn taksi də Nuranə ilə Hüzurun taksiciyə verdiyi ünvana doğru səssizcə gedirdilər. Ön oturcaqda oturan Hüseyn arada güzgüdən arxada oturan qıza baxır, onun baxışlarıyla qarşılaşmağı istəyir amma həmişə hüsrana uğrayırdı. Niyə belə bir şey istədiyini isə bilmirdi. İlk dəfə hiss etdiyi duyğular ürəyinin tez tez atmasına səbəb olurdu.

Yolların boş olması səbəbi ilə qısa bir müddət sonra Nuranənin evinin önünə gəlmişdilər. İkisi də eyni anda düşdülər və binanın önündə qarşılıqlı durdular.

Nuranə məhlədə və binaların pəncərələrində gəzdirib yenidən qarşısındakı avara polisə çevirdi baxışlarını. Burada xalası uşaqları ilə qalırdı. Cavad və Solmaz.

"Təşəkkür edirəm, gecəniz xeyrə." dedi Nuranə və arxasını dönəcəkkən qolundan tutulması ilə başını çevirib qolunu tutan adama baxdı. Əsəbləşmişdi.

"Qolumu burax çapqın polis."

"Mənə çapqın polis demə." dedi Hüseyn də dişlərinin arasından. Bu qıza fərqli duyğular hiss edir və onun özünü belə görməməzlikdən gəlir kimi davranması onu əsəbləşdirirdi.

"Nə deməyimi gözləyirsən," deyərək qolunu cəld çəkən Nuranə dodaqlarına alaycı bir təbəssüm yerləşdirərək son nöqtəni qoydu. "Çapqın polis."

Sonra da arxasını döndü və gənc adamın bir şey deməyinə imkan vermədən binaya girdi və arxasına baxmadan mənzilinə çıxdı.

Hüseyn eləcə əlləri cibində gedən qızın arxasıyca baxdı və dodaqlarından çıxan kiçik söyüşlə özünə əsəbləşdi. "Ay mən keçmişimin avaralığına..." deyərək taksiyə yenidən mindi.

Ən azından evini öyrənmişdi.

❣❣

Əli idarəyə gəlincə dərin bir nəfəs aldı və pilləkənləri 2-3 çıxaraq qarşısına çıxan polis yoldaşlarına salam verərək otağa doğru addımlarını yavaşladaraq irəlilədi amma sonra da özünə əsəbləşərək addımlarını tezləşdirdi və otağa girdi."Ooo yeni evli Əli bəy də gəlib çıxdı sonunda. Nə oldu, arvadından üzr istəmək üçün bu qədər gecikdin?" deyən Hüseyn, sıxıntısını geriyə atdı və dünənin hirsini dostundan çıxartmaq istədi.

"Heç kəsdən üzr zad istəmədim" deyən Əli boş stula, Əmirin yanına oturdu.

"Niyə gizlətdin bizdən evli olduğunu?" deyə soruşan Yaquba qaşlarını çatdı və nə deyəcəyini bilməyərək bira gözlədi.

"Fürsət olmadı." deyə keçişdirməyi düşünən Əli, Hüseynin sualıyla ən pis baxışlarla baxdı ona.

"Mən evləndim demək sadəcə bir neçə saniyəni alardı Əli. Bu qədər dəyərsiz bir evlilikdi?"

"Hüseyn. Həddini aşırsan!" deyə uyardı Yaqub.

Əli dəyərsiz kəlməsiylə əsəbləşmişdi. Nə deyəcəyini bilmədi. Dostlarına məcburi bir evlilik olduğunu deyə bilməzdi. Bu Hüzurun da kiçik düşməsinə səbəb olardı. Bunu düşününcə qaşlarını daha da dərindən çatdı. O qızın kiçik düşməyindən ona nə idi ki? Onsuz da evlilikləri o və atası üzündən gerçəkləşmişdi?

Səssiz keçən dəqiqələrdən sonra gələn telefonla dörd polis yerindən cəld qalxıb özəl məsələləri geri plana atdılar və bütün ciddiyətləri ilə maşınlarına minib ünvana doğru sürdülər.

❣❣

Hüzur dərsləri bitincə xəstəxanaya gedib əlini yoxlatdı və daha nə qədər sarğılı qalacağını soruşdu. Bir həftə daha sarğılı qalacağını eşitdikdə kefi pozuldu və o vəziyyətdə evinə getdi. Atasına getmək istəyini axşam Əli gəlincə danışacaqdı. Hələ saat 3 idi. Gənc qız əynini dəyişib rahat bir şeylər geyindi və salona girib tv'ni açdı. Kanalları gəzərkən heç bir şey olmadığını görüb söndürdü və mətbəxə getdi.

Gənc qız əlləri belində mətbəxə göz gəzdirdi. Deməli o dağınıqlığı Fəridə anası təmizləmişdi. Buna qaynanasının şahid olması gənc qızı çox utandırmış və üzmüşdü. Çox fikir verməməyə çalışaraq çəkməcədən tavanı çıxartdı və olanları unutmaq üçün yemək bişirməyə çalışdı amma sağ əlini işlədə bilmədiyi üçün bacarmadı. Əsəbləri pozulunca da yerə çökdü və ağlamağa başladı.Qısa müddət sonra da telefonu çalınca da yerdən qalxdı və özünə gəlməyə çalışaraq salonda buraxdığı telefonu aldı və Fəridə ananın zəng elədiyini görüncə cəld göz yaşlarını quruladı və boğazını təmizləyərək səsini yoxladı və tez açdı telefonu.

"Alo, Hüzur qızım, necəsən?"

"Yaxşıyam ana sən necəsən?" dedi və səsinin titrəməməsi üçün əziyyətlərinin boşa çıxmadığını görüncə özünü təbrik etdi.

"Səsin bir az boğuq gəlir amma deyəsən telefondan ötrüdür." deyən Fəridə xanım bir əlini belinə qoyub oğluna saydırmağa başladı içindən. "Bax nə deyirəm qızım. Əgər qəbul eləsəniz, 1 2 günlüyünə sizə qonaq gələcəkdik."

"Əlbəttə ki, gələ bilərsiz." dedi Hüzur amma necə olacağını da düşünmədən edə bilmədi.

"Təşəkkürlər qızım. Biz axşamüstü gələrik. Evimizə dərman vuracağıq və evdə qala bilməzmişik."

"Önəmli deyil ana, hər zaman başımızın üstündə yeriniz var."

Sonra qarşılıqlı bir iki kəlam daha danışıldıqdan sonra qarşılıqlı qapandı və Hüzur nə edəcəyini bilmədən divana çökdü. Əliyə zəng vurmalıydı. Və bəli, zəng vuracaqdı.

Zamanın bir az daha keçməyinə izn verdikdən sonra telefonu əlinə aldı və ərinin adının üstünə basaraq zəng etdi. 'Polisim'

Bir neçə çalışdan sonra açıldı telefon.

"Eşidirəm." dedi sərt səs tonuyla Əli. Kiçik miqyaslı əməliyyatdan yeni çıxmışdılar və idarəyə gəlincə də yorğunluqla stullara yayılmışdılar.

"Evə gəlməlisən." dedi tək səfərdə tək gənc qız.

"Başa düşmədim həyatım." dedi daha kəskin bir səslə. 'Həyatım' kəlməsini vurğulayaraq demişdi.

"Ailən evimizə gələcək və bizdə qalacaqlarmış. Otaqları birləşdirməliyik və yemək bişirməliyik!"Yemək bişirməliyik?" dediyi anda masanın çevrəsində oturan 3 polis qəhqəhəyə boğuldu və yorğunluqlarını qırarcasına gülürdülər.

"Yumun ağzınızı!" dedi Əli dostlarına baxaraq.

"Mənə dedin?" deyə soruşdu Hüzur qırılmış bir şəkildə.

"Yox, sən bir dur!" deyən Əli dərin dərin nəfəs almağa başladı. Stulundan qalxaraq otağın içində gəzməyə başladı. Bir əli qulağında tutduğu telefonda, digər əli belində idi.

Qısa bir müddət sonra özünə gəldi və tam bir şey deyəcəkdi ki, telefonun digər ucundakı arvadı danışmağa başladı.

"İcazə alıb gəlməlisən. Vaxtımız azdır!"

"Sən mənə əmr verirsən?"

O sırada masanın çevrəsindəki 3 polis dostlarının soruşduğu suallara, təəccübünə qatıla qatıla gülürdülər.

"Üzüm üzümə baxa baxa qaralar." dedi gənc qız və bu dediklərinə özü belə inanmayaraq otağına girib aynanın qarşısında özünə baxmağa başladı. Yanaqları çoxdan qızarmışdı.

"Burada pis örnək mən oluram həyatım?" dedi dişlərini sıxaraq. Yenə 'həyatım' kəlməsini vurğulamışdı.

"O sənin düşüncə tərzinə baxır." dedi Hüzur və əlini dodaqlarının üzərinə qapataraq gözlərini təəccüblə açdı.

"Məncə sən özünə gəlməlisən!" dedi Əli və səsini daha da qısaraq davam etdi. "Necə evləndiyimizi unutma!"

Hüzur Əlinin son söylədiyi şeylə bir an da olsa hiss etdiyi sevinci hüznə təslim etdi və gözləri nəmlənərək baxdı aynadakı özünə.

"Unutmağıma bir an belə olsun izn vermirsən onsuz da!" deyən Hüzur dərin bir nəfəs aldı və son sözlərini söylədi.

"Ailəni üzmək istəmirsə bir an əvvəl gəlməlisən." dedi.

"Baş üstünə həyatım." deyə alayla söylənən gənc adam telefonu əsəblə söndürüb alnına vurmağa başladı.

Nə olurdu belə və anasıgilin onlarda qalma işi haradan çıxmışdı?!
Bölüm sonu

Yazar: Məryəm
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri