5X & 1S - Müzakirə meydanı (3. hissə)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 13
Baxılıb: 3 330
Səs ver:
(səs: 2)
Müzakirə layihəsinin bu həftəsinin mövzusunu saytımızın məktəbli övladı olan analarına göndərdim. Təhsil həyatımızda ən mühüm yerlərdən birini tutur, həmdə bilik günü yaxınlaşır deyə dedim bir müzakirə edək görək övladın məktəbə getməsi hissi necə bir şeydi. Sualı bu cür qoydum:

" Biz məktəbli övladı olan analar üçün sentyabr ayının bir ayrı mənası olur. Uşağın məktəbə getməsi bir ana üçün fərəhdir, həvəslə hazırlayırıq övladımız üçün məktəb ləvazimatlarını. Bilmək istərdim sən necə, sentyabrın 15-ni mənimkimi səbirsizliklə gözləyənlərdənsənmi? Övladın(ların) neçənci sinifə gedəcək(lər) bu il? Övladın məktəbə ilk qədəm qoyanda nələr hiss etmişdin? Dərslərində necə, uğurludurmu? Səncə təhsil almaq indi asanddır yoxsa bizim vaxtımızda? "

Bu da anaların yazdığı cavablar:

5X & 1S - Müzakirə meydanı (3. hissə)
Əlbəttdə bir Ana üçün övladın məktəbə getməsi fərəhlə birgə şərəfdir fəxrdir. Övladıvın bir yaş həddinə çatdırdığına görə sevinirsən, duyğulanırsan, birdə göz önündən bir film kimi keçmişi xatırlayırsan (körpəliyini, yuxusuzluğunu, diş çıxarmasını hər bir detalı lent kimi göz önündən keçir, ən azından mən eləyəm))Bəlkədə ilk övladımı əziyyətlə böyütməyimdən irəli gəlir deyə bilmərəm amma mövzumuz başqadır o detallara girməyim ən yaxşısı. Rusiyada məktəb 15 sentyabr yox 1 sentyabr başlayır yani sabah bizdə məktəbdir oğlum 3 sinifdə oxumağına(cağın) baxmayaraq hələdə həyacanlıyam indi təsəvvür edin 1 sinifə gedəndə necə olmuşam))Oğlumun yerinə mən məktəbin həyətinə daxil olanda ağladım amma gizlin içimdə səssiz heç kimə bildirmədən, sevinirdim oğlumu kostyumda gördükdə, göz yaşlarımla birgə dilimdə, içimdə bir dua varıydı (Allahım oğlum bu məktəbdən savadlı biri olaraq çıxsın) İnşAllah bir gün arzuma çatacam.Buna inanıram.
(Allah hər bir valdeyni övladı tərəfindən sevindirsin) Deyirlər həyatda hər kəsin ən çox istədiyi arzusu vardır. Mənimdə Arzum iki oğlumu ağıllı, savadlı, Ali təhsilli görməyimdi.Duyğusallığı kənara qoyub keçək əsas məsələyə belə getsə ekran arxasıda gözlərim sel olacaq))Köhnə userlərimizin bildiyi kimi iki oğlum var böyüyü üçdə oxuyacaq bu il, balacası isə hazırlığa gedəcək.(Yenilərdə öyrənmiş oldu) Şükür böyük oğlum yaxşı oxuyur şəkli löhvədədir bir Azərbaycanlı olaraq məktəbdə müəlliməsi tərəfindən təriflənməsi qürurvericidir. Balacam isə hələki uşağ olduğundan nə məktəb kefindədi nədə oxumaq)) əksinə "Nə varee məktəbdə" deyimləri deməkdədir. Yaxınlarımız deyir o tam əksi olar (onsuzda olacaq o sözsüz) yenədə zamana buraxaq baxaq bu il hazırlıqda nə edəcək))Prispalni uşaq olduğu üçün inanıram ki, Rusların acığına yaxşı oxuyacaq)) Oxumaq demişkən birazda bunlardan fikrimizi sizlərə çatdıraq. Fikrimcə indiki zamanda təhsil çox çətindir, bizin zamanda proqram çox asand idi amma indi isə tam əksinə az yaşlı uşaqlar olmasına baxmayaraq həddsiz çətin proqramlar ərəfəyə gətirib çıxardıblar. Bizim vaxtda 1-4 sinifdə sadəcə əlifba, riyaziyyat, ana dili olardı səhf eləmirəmsə amma indiki uşaqlar çiynində sumka yox sanki daş daşıyırlar. Yazdıqlarımdan ola bilsin şikayətçi kimi görünüm.. Əsla əksinə belə yaxşıdı burda müəllimələrin dediyinə görə ilk aşağı siniflərdə çətin edirik ki, 5 yuxarı əziyyət çəkməsinlər. Doğruda deyillər oxumağın uşaqlara faydası ola bilər amma zərəri ola bilməz. Burda valdeynlər dərsliklərin çətinliyindən şikayətlənirlər mən isə tam tərsi belə olmasına görə sevinirəm. Oxuyan uşaq üçün dərsliyin "çətindir" fikri önə sürülməsi doğru deyil, oxumayan uşaqa hər şey çətindir.Oğlum 3 dil keçir (Rus, ingilis və Tatar) bir çox valdeyn dilləri perevodun uşaqları üçün çətin deyilsədə Hüseyn balam isə mənsiz onları edə bilməsidir. Vətənimizdə olan təhsildən danışardımda amma səssiz qalım başlasam bitirə bilmərəm)) Arzuşum ancaq bu qədər qısalda bildim fikirlərimi, yoxsa neçə səhifəlik fikirlərim vardır)) Sənin sözünü qıranmadım))


Evvela Arzum bu maraqlı,sözün esl menasında maraqlı layihe üçün sene öz derin minnetdarlığımı bildirirem,elaa ideyadı...xüsüsi teşekkürler!!
Qızım bu il Allah qoysa 4 cü sinife qedem qoyacaq,bir valideyn olaraq sevincimin heddi yoxdu,çünkü maŞAllah olsun qızım böyüyür,ve onun 1 ci sinife getdıyı sankı dünen idi,o gecenı heyecandan ikimizde yata bilmirdik,bütün ailemiz Sevinc hissi keçirirdi,indi artıq o günden iller keçib ve men deyerdım kı her il qızım bir sinif böyüdükce menim o sevinc hissim ve heyecanımda dahada böyüyür artır.Allahdan arzu edırem bütün övladlar Salamat olsunlar xeyirli savadlı bir övlad kimi valideynlerini sevindirsinler Amin
Qızım derslerınde normal olub,sadece evvel günden onda bir tenbellik hiss etmişem meni de narahat eden bu olub,amma şükür indi baxıram ki getdıkce bu verdiş azalıb,ve qeyd ederdımkı bu tenbelliyin başlıca sebebi ağır tedris prosesidi,uşaqlar yüklenirler ve tez yorulurlar amma Allah'ın kömeyi ile öhdesinden gelirik,men deyerdım bizim vaxtımızdakı tedrıs prosesı daha Asan yadda qalan ıdı ama ındıkı kimi geniş,şaxeli deyildi,indi uşağa verilen serbestlik ,qrup işlerindeki fealiyyetleri uşağın gelecekse öz sözünü demeyi bacarmasına Tekan verir,bildiyin kimi Can'ım men özüm bağça müellimesiyem işimde uşaqların meşğeledeki feallıqları,qrup işinde öz fikirlerini serbest şekilde çatdırmaları,burda öyrendiklerinin gelecek 1 ci sinifde Kömeklerine çatacaqlarına önemli bir nümunediki bununda şexsen şahidi olmuşam...
Qızım demek olarki mektebe artıq tam hazırdı,geyimi,çantası,ayaqqabısı,dıger levazimatlari alınıb hazır durub,her gun demek olarkı açıb,töküb boyuk hevesle baxır sevinir Can'ım qızım,yadıma öz uşaqlıgım düşürki eynen mende bele idim,sanki vaxt kecmirdiki seher açıla Bızde qayğısız Mekteb heyatına qedem qoyaq,gözel Mekteb illerim olub,esl saf temiz uşaqlıq yaşamışıq,indi hemin saf,temiz uşaqlığı bütün övladlarımıza da arzu Edirem
Menden bu qeder Can'ım,çalışdım fikrimi düzgün izah edim inşAllah ki Nail oldum
Bir daha teşekkür Edirem.


İlk oncə Salamlar və ali, orta ixtisas və ümumtəhsil fərq etməz hər bir təhsil ocağına qədəm qoyacaq tələbə və şagirdlərimizi yeni tədris ili münasibətilə təbrik edirəm :20: Tək şagird tələbə kollektivi deyil, təhsil sahəsində olan hər bir kəsin yeni tədris ili uğulu olsun :ltfen: Bu hisslərin nə olduğunu hər birimiz təbii ki, yaşamışıq və zaman dövr edib bu hissləri bir valideyn olaraq övladlarımızda görmək bizlərə nəsib olur :128: İlk sinif, ilk parta yoldaşı, ilk müəllim bunları xatırlayaraq :hmmm: övladında bu dönəmi görmək çox gözəl hisslərdi və hər birimizə bu gözəl hissləri valideyn olaraq yaşamağı arzu edirəm. Qeyd etmədən keçə bilməyəcəm valideyn olaraq bu hissləri yaşamaq şagird olaraq yaşamaqdan daha həyəcanlı və məsuliyyətli imiş :ufff: Özümüz o hissləri yaşayarkən həyatımızda yeni dönəmin başladığını və nəyə atılacağımızı anlaya bilmirdik :26: , sadəcə evdən çıxıb, 2-3 saatı müəllimlərimizlə birgə keçirib saymaq, yazmaq :ressam: öyrənmək kimi qavrayırdıq. Amma gəl ki, bu hissi övladına aşılamağa gələndə artıq hər şeyin fərqində olaraqdan izah edirsən işin ən məsuliyyətli tərəfi də budu. Şəxsən öz adıma mən təhsili qızıma qarşısına qoyulmuş vəzifə kimi aşılamışam :empathy: , necə ki, acıdıq yemək yeyirik, eləcə də beynimiz ac olur doyuzdurmaq gərək.
Mənim üçün də 2018/2019-cu tədris ilinin önəmi bir başqadı, qızım 1-ci sinfə gedəcək :wekil: .İnşallah, cəmi balalarımız təhsillərində uğur qazansınlar bizlər də nailiyyətlərinə sevinək. 2017/2018-ci tədris ilində məktəbəqədər hazırlıq etapında olan dərsə marağının bu il də davamı gələr deyə ümid edirəm :128: . Əsas yüksək qiymət marağı deyil, fənni qavramaq maraqları olsun, bir sözlə ilk olaraq övladlarımızı keyfiyyətə yönəldək daha sonra kəmiyyətə :02: .
Danılmaz faktdı ki, hal-hazırki təhsil ilə öz dövrümüzü müqayisə etsək mənfi-müsbət hallar təbii ki, olacaq :11: . O dövrdə olan müəllim-şagird münasibətini indi də görmək istərdim, təəssüf ki, orda biraz axsaqlıq var :27: . Ümumi götürdükdə şagirdləri mütaliəyə yönəltmək marağının :Laie_100: azalması bizləri narahat etməlidi.
En sonda Arzuma belə bir layihə yaratdığı üçün, bizlərə də tələbə və şagirdlərimizi, aramızda ana olaraq o hissləri yaşayan bacılarımızı cak təbrik etmək şəraiti yaratdığı üçün təşəkkürlər :mucux:


Bu mövzudan kənarda qala bilməyəcəyimə görə məndə qatılım dedim:09: Övladımın təhsili mənim üçün çox şey deməkdir çünki. Balam bu il 4-cü sinifə qədəm qoyacaq inşallah.:quc: Ondan çox mən həyəcanlıyam. Hər il həvəslə saatlarla dükan mağaza gəzib ona məktəb ləvazimatları alıram. Hər şey edirəm ki təhsilə olan marağı azalmasın. Şükür balam 3 sinifi də fərqlənmə diplomu ilə bitirib, bu ənənəni davam etdirməkdir niyyətimiz Allahın köməkliyi ilə. 1-ci sinifə gedəndə çox həyəcanlıydım hər ana kimi. Dedim yəqin bu həyəcan geridə qaldı amma 2-ci və 3-cü siniflərdə də eyni həyəcanı yaşadım. İlk dəfə yeni tədris ilinə qədəm qoymaq üçün evdən çıxır balam mən artıq duyğusala bağlayıram(( Sevinirəm ki balam 1 il də böyüdü, yeni ilə yeni uğurlar diləyirəm balama o da şükür maşallah olsun çalışır zəhmət çəkir oxuyur. 32 uşağın içində ilklərdən olmağı bacarırsa bu böyük nailiyyətdir mənim üçün. Yaşıdları həyətdə oynayanda balam dərs edir. Demirəm yükləyirəm uşağı oyunu evdə də oynaya bilər əsas dərsdi. Bizim vaxtlarımıza gəldikdə o vaxtlar çox asan idi həmdə dərslər bir az maraqsız idi. İndiki kimi uşaqlara rəngarəng tapşırıqlar verilmirdi, ele manaton dərs sistemiylə gedirdik. Öyrən əzbərlə danış və s. İndi ise bu sistemlə uşaq öz düşüncəsini daha sərbəst dilə gətirir, məntiqi ortaya çıxır, müəyyən araşdırmalara qoşulub maariflənir. Dərsliklər də dərslər də indi daha maraqlı keçirilir nəyinki daha əvvəl. Çətin gəlmir bizə mama bala bu təhsil.:yavrum: Həmdə indi şükür uşaqlar hər bir şəraitlə təmin edilir məktəblərdə, isti siniflərdə dərs keçirilir, bizim dövrümüzdə odun peçi işlədən siniflərimiz var idi. İndi dərsə aid vəsait də boldur, əlavə testlər kitablar müxtəlif həvəsləndirici materiallar uşaqları məktəbə daha da həvəsləndirir. Birdəki müəllimədən də çox şey asılıdır. İlk sinifini məhz müəllim pis idi deyə dəyişdim, hal hazırki müəlliməsindən çox razıyıq. Çox gözəl insan və müəllimə adına yaraşan bir xanımdır.
Məncə bütün məktəbli uşağı olan valideynlər övladının dərsləri tapşırıqları ilə lap hazırlıq dönəmindən maraqlanmalıdırlar. Onda uşaq da özünə tam əmin olur, həmdə əlavə xərc şəkib hazırlığa qoymağa ehtiyac qalmır. Ananın təhsilə qarşı hiss etdiyi məsuliyyət uşağa keçir, ana laqeyiddirsə başından edirsə məktəbi uşaqda da məktəbə qarşı həvəs ölür. Yəni mən belə görmüşəm anamdan. Bizim dərslərlə necə maraqlanırdı, bizdə çalışırdıq elə oxuyaq ki anamız narazı qalmasın.
Fürsətdən istifadə edib, saytın məktəbə gedən cıqqılı qızlarını, tələbələrini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edirəm. Dəsrlərində müvəfəqiyyətlər arzu edirəm. Övladı məktəbli olan bütün userləri də təbrik edirəm, balalarına dərs uğurları ilə bol tədris ili arzu edirəm.:melek:


Salam can, :14: Öncəliklə dəvətin üçün çox təşəkkürlər. Son vaxtlar saytda aktiv olmasamda ununtmamısan :123:
Məncə hər bir ana üçün sevindirici haldır. Hər ananın arzusudur ki, övladı təhsil alsın. Savadlı olsun,uğur qazansın. Məndə çox sevincliyəm. Bu il 4 övladım məktəbə gedəcək. cak :Laie_23: Bir az da çətinləşdi işim, :27: amma yorulmadan,sıxılmadan uşaqlarıma həvəslə hər sey alıram. 30 Nə lazım olursa edirəm. Böyük qızım 2012-ci ildə birinci sinifə gedib. :heart: O zamanlar əkizlərim dünyaya gəldiyi üçün qızıma çox vaxt ayira bilmirdim. :laylay: Nənəsi daha çox qayğı göstərirdi. Təbii ki çox sevinirdim qizim məktəbə gedir. :girl_in_love:
İkinci qizim 2014-cu ildə gedib məktəbə. heart Hər birində çox sevinmişəm və həvəslə məktəb ləvazimatları almışdım. Çox şükür qızlarım utandırmadılar məni. dua Hər ili fəxri fərmanla bitirirlər. Əlaçı və tərbiyəlidirlər. :love: Bütün müəllimləri razılıq edir. Düşünürəmki bu mənim uğurumdur. :128: Bu il əkizlərimdə gedəcək məktəbə. Onlarda çox həvəslidirlər. Məktəbə aid hər şeyi mən 1 ay əvvəldən alıram. Səbr edə bilmirəm. :08: Bu il çətin olacaq mənim üçün.
Təhsil almaq bizim zamanımızda asan idi. İndi uşaqlar çox yorğun düşür çatdıra bilmirlər. Testlər çox olur. Dərsliklər çox olur. Ama oxuyan üçün elədə çətin deyil. Allah(c.c) hamının övladına zehn açıqlığı versin.:dua: Savad və təhsil vacibdi.

Bu da saytın analarının tədris haqqında fikirləri. Allah hər birimizin övladını qorusun :dua: Qızlara müzakirəyə qoşulduqları üçün təşəkkürümü bildirirəm. :123: Digər anaların da övladlarının tədrisi ilə bağlı düşüncələrini şərhlərdə oxuyarıq inşallah.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 3 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri