Mənim sınanmış reseptim - Meyvəli piroq (28)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 14
Baxılıb: 3 196
Səs ver:
(səs: 1)
Hər vaxtınız xeyir sayt əhli. :03: Tatyana bacımız bu günlərdə daha bir sınanmış reseptini göndərdi, məndə dedim ləngitmədən xəbəri hazırlayım)) Çox dadlı bir şirniyyata bənzəyir, buyurun reseptlə tanış olun.

MEYVƏLİ PEROK


Xəmir üçün:

1 st şəkər tozu
3 yumurta sarısı
150 qr yag
Soda+limon suyu
Un təxmini 2-3st,xəmir oluncayadək

Arasına:

Beze ve zövqə uygun meyvə, 3 yumurta ağını yarım stəkan şəkərlə calıb beze etmək.

Mənim sınanmış reseptim - Meyvəli piroq (28)

Hazırlanması:
Şəkər, yumurta sarısı ve yağı qatıb, limon suyuyla köptürülmüş sodanı əlavə edirik sonra unu töküb xəmir hazırlayırıq, xəmirden bir balaca kusok götürüb soyuducuya qoyuruq
Xəmirin qalan əsas hissəsini yağlanmış listin ortasına qoyub əlimizlə listin icinə yayırıq. Sonra meyvələri düzürük, meyvənin üstündən bezeni tökürük (bezeni ehtiyatla yayırıq her tərəfinə qaşıqla üstdən çox basmaq olmaz yoxsa bezenin köpüklü hissəsi mehv olar)




Qoyuruq duxovkaya 2-3 dəqiqə bişirib cıxardırıq,soyuducudakı xəmiri piroqun üstünə sürtkəcdən keçirib yenidən qoyuruq bişməyə,30 deq 180 dərəcədə bişiririk.



Men ağ gilas mürebbəsiyle etdiyimi çəkmişem ona görə ləpədə var şekildekində, amma şəkildə gördüyünüzlə bəraabər malina ve smorodinaylada edirem onda ləpə uygunsuzdu, bişən kimi üstünü süfreyle örtmek lazım yoxsa quru olur qıraqları, biraz soyuduqdan sonra şeker pudrası səpə bilərsiz üstünə.





QEYD: Yekə listdə edərkən reseptdə yazılmış hərşeyi ikiyə artırın (2porsiya) yekə listde olana meyve düzüb, bize sonra bir qatda yenə meyve düzmüşem, yay meyvələriylə doyulmuyan dərəcədə dadlı olur.

Sınayan hər kəsə nuş olsun!

Kimdə reseptlə bağlı sual yaransa şərhinizdə yazin Tatyana xanım cavablasın.
Bacıma resept üçün dərin təşəkkürlər. Sizdə sınanmış reseptinizi paylaşmaq istəyirsinizsə əgər, o zaman mənə şəxsi məktubla yaza bilərsiz.
(səs: 1)
Şərhlər: 14
Baxılıb: 3 196
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri