Mənim dostlarım..."Antikvar"(5)

Müəllif: Onun_Mələyi
Şərhlər: 14
Baxılıb: 2 119
Səs ver:
(səs: 0)
Salam saytımızın sevimli ciciş qızları:03:yeni lazımlı qarşınızdayam:08:"Mənim Dostlarım "bu dəfə ki qonağım hamının sevimlisi "Antikvar"yəni Nigardır:02:Hazırsız?:26:onda oxumaq bacının müsahibəsini:02::kahve:

1.İlk öncə olarsa İstərdim biləm , Ən yaxın dostunuz var?
İlk öncə məndə mətləbə keçməmişdən əvvəl müsahibəni oxuyan xanımlarımızı salamlıyıram, həmçinin müsahibənin müəllifinidə:)
Əlbəttdə var Allahımdı ən yaxın dostum, bütün dərdlərimi bölüşəcək, ürəyimdə ki, arzularımı dilədiyim, həyatımda olanları və olacaqları bir bir anlatdığım tək bir Allahımdı. Özümü narahat hiss etsəm çıxaram pəncərə önünə başlayaram ürəyimdə olan sözlərimi bir - bir danışmağa(sanmayın dəli olmuşam)) , ən gözəli bilirsinizmi nədi? Kənardan kimsə sənə müdaxilə etmir bunu düz etmirsən onu düz edirsən sözləri olmur, özünlə üzləşirsən danışdığın zaman özündən səhf tutursan, kimlərinsə dəstəyiylə səfhivi anlamırsan, sakit başla özün özünü təhlil edirsən belə olduqca həyatı, insanları, ətrafı anlamağın daha asand olur. Hər kəsə tövsiyə edirəm həmən söhbəti, sanki belindən ağır yüklər götürülür)Daha sonra mamamdı,zərərsiz və dəstəkci dost:)

2.Sizcə virtualda yaxşı dost olmaq mümükündür?
Əyər Narınımı(yəni Narın Yağış'ı) tanımasaydım deyərdim yoxdu)Saytda ünsiyyətdə olduğum qızlar çoxdu, amma ürəyimi tam aça biləcək iki usər olub Biri Narın Yağış biridə Sona, sonam evləndikdən sonra çox az az daxil olur sayta, arada girir dərdləşirik yenə uzun müddət görünmür, sonuncu dəfə iyul 13 olub Çox təəsüf...( Narın Yağışlada olan dostluğumuzu bilməyən yoxdu fikrimcə)) Özünə nə qədər dəyər verdiyimi gözəl bilir123

3.Bəs bu dostluğa necə baxırsız?
Virtual dostluq olduğundan unsiyyetimi baxışımla deyil,)) qarşı tərəfin yazdıqlarını özlüyümdə analiz edib (aha bununla danışmağa ünsiyyət qurmağa dəyər) deyib söhbət edirəm, zamanla danışıqlarına daha doğrusu yazdıqlarına nəzər yetirirəm əyər qane edəcək xarakteri varsa sevə-sevə dostluq edərəm, necə ki, bu zamana qədər danışdığım qızlarla ismarıclaşıramsa..)

4.Seçim içində qalsaz (allah eləməsin) Sevgilinizi seçərdiz yoxsa ən yaxın dostunuzu?
Seçimin bünövrəsində qalan söhbət nədən gedir buna görə seçimimi edərdim, bəlkə elə söz var dostun tərəfini tutasan bəlkədə əksi, mən qısaca seçimimi hər zaman olduğu kimi haqq yönündən edərdim, haqqlı kimdisə onunla sonuna qədər varam...

5.Sizcə dostluq nədən başlıyır?
İlk növbədə sədaqətdən, doğruluqdan, xəyanətsiz danışıqdan.... Birilərinin səninlə olub olmadığını bilmək istəyirsənsə onu pis gündə tanıyarsan şad günündə yox... Bu deyim əslində köhnə nənə babalarımızdan qalma sözdü, tam razıyam bu deyimlə.. Şad günündə olmağa nə var ki, kef-damağı hər kəs sevir, amma gəl ki, dar gündə o şad anında olanlar yoxa çıxır niyə? Çünki əsl dost deyillər, pulu sevən dostdular, vicdanlarını, şəxsiyyətlərini pula satan dostlar...

6.necə birisi ilə dost olarsız?
Çətin anlaşıla bilməyəcək bir xarakterə sahib deyiləm, bir məclisə daxil olsam hər kəslə dil tapa biləcək gülərüzlülük var məndə,təbii bu gülərüzlük biriləri ilə qurduğum ünsiyyətdə qarşı tərəfdən almaq lazım olduğum xoş təsüratdan aslıdı, əyər o insanla söhbət edirəmsə danışıqları və davranışını bəyənməsəm söhbətim çox qısa olacaq(bu səbəbdən bəziləri məni özündən razı biri kimi təqdimatı sevir)) Yox tam əksi olarsa cici-baci dost yoxda gördüyüm zaman istiqanlı söhbətimiz ola bilər.

7.özündən daha çox güvənə biləcəyniz bir dostunuz olub?
İnsanın özündən çox tanıyan, güvənə biləcəyi bir dostu ola bilərmi? (təbii olaraq bizi yaradan Allahı unutmamışıq, sadəcə fani dünyada olanları nəzərdə tutaraq o cümlə yazıldı) Nə qədər bu mənim dostumdu hər sözümü deyirəm desələrdə inanın cuzi bir məqam qalmışdı demədiyi, əslində elə insanlar dostuna güvənmir deyə yox, çəkindiyi üçün o addımı atmır, haqqımda pis fikirləşərlər, məni qınayarlar sualları ilə beyinləri yorulduğundandı açıqlamamalarının səbəbi...Və bununla bərabər demək istərdim insan həddindən çox birinə güvənməməlidi, elə bir an gələr ki, güvəndiyin insan güvəncini qıracaqdı...

8.Bəs güvəncinizi qıran bir dostunuz?
Yox elə bir dosta sahib deyiləm:) Sadəcə bir tanışım var (dostum deyil, qohumdu) söz demişdim və heç kimə demə deyə söz vermişdi amma əksini etdi və əlaqəm kəsildi...)Bir dəfə səbr edərəm, iki dəfə üçüncüdə mütləq cavabını verərəm, həyatda hər kəs etdiklərinin qarşılığını almalıdı (bu mənim düşüncəmdi) Çünki insanlar elə bir tipə sahibdilər ki, cavab vermədiyində özlərinin haqqlı olduğunu düşünərlər, qorxduqlarını sanarlar və istifadə edərlər, oyuncaq olmağı yox oyuncaq etməkdən yanayam ;)

9.Bir gün ən yaxın dostunuzun sizin arxanızdan danışdığını eşitsəz, Ona necə münasibət bəslərsiniz?

Dostu neyləyirəm arxamdan danışanlar onsuz çoxdu))) Önəmsəmirəm, əsas odu mən- həyat yoldaşım və ən əsası Allah bilir necə bir xarakterim var digərləri danışsa nə olar danışmasa nə olacaq) Mən arxamdan danışanlara yazıqlığım gəlir bilirsiz niyə? Sevənim daha çoxdu nəinki sevməyənim, bu sevməyənlərdə sevənlərimin haqqımda xoş söz-tərif danışıqlarını eşitdikləri üçün pisləməyə söz axtarırlar)).. Qaldı dostun dede-qodusuna danışıqlarına fikir verərəm əyər yalan bəhanə sözləri görsəm inancımı itirmişdi artıq, münasibətim dəyişəcək soyuqlaşacam o şəxsə qarşı...

10.Oğlan la qız dostluğuna necə baxırsız?

Mənim baxmağımla deyil ki))Əslində İnsanlar zaman keçdikcə düşüncələri daha çox Avropa sayağı olmaqla yanaşı əməlləridə dəyişilməkdədir. Çox misallar gətirmək olardı, sadəcə yeri deyil deyə bir tək dostlada sözümüzü çatdıra bilərik. Bilirsiz qızla qızın dostluğu mümkün olsada elə zaman gələr qısqanclıq hissi baş tutar, bəziləri qısqandığı üçün dostuna zərər verər(yəni zərbə vurar) bəziləri isə içində tutar - tutar sonunda başqası üzərindən qısqanclığını göstərməyə başlar. Qadınların bu tip xarakterləri vardı, heç kəs inkar etməsin ki, mənim kimsəyə qarşı bu yaşıma qədər azda olsa qısqanclığım olmayıb, hətta dostu belə olsa... Qısqanclığında iki tipi var, qarşı tərəf ondan öndə getməməsi üçün zərər verənlər, digərləri isə bir neçə saniyəlik qısqanclıq hissi yaşayıb sonradan önəmsəməyənlər və əlbətt iki qız dostlardan birinin niyyəti düzgün birinin isə əksi olduğundan sonacan yola getmirlər dostunun ona verdiyi sirri bir bir açıb tökürlər... oğlanlarla belə deyil (sadəcə bir söz yazacam, bəlkədə az yaşlılar deyildə evli olan xanımlar anlayar nə demək istədiyimi)) Osmanlı dövlətinin başçısı olan Sultan Süleymanı belə Hürrəm öz dili danışığı ilə yola gətirməyi bacarırdı, indiki məktəbli oğlanlara söz de və heç kəslə bölüşməməsi üçün tapşırıq ver bu nədi ki)) Qadınlar məsum olduqları halda oğlanların satma ehtimalı belə yoxdu, bu səbəbdən qızlar oğlanlarla dostluğu daha həqiqət hesab edirlər nəinki qızla... Əyər oğlanla qızın dostluğu sevgiyə dönüşməsə normal baxıram bu dostluqda hər kəsdə sonacan dost olaraq qalmamaqdadı təəsüflər olsun...

11.Bəs heç oğlan dostunuz var? və ya olubmu?
Evliyəm nə oğlan dostu))Yada bu sual boş qalmaması üçün belə cavablıyaq. Yoldaşım və qardaşımdı oğlan dostlarım:) Bunlardan ən gözəl dost ola bilərmi) Əlbəttdə yox))
Amma subaylıqda oğlan dostum olub parta yoldaşımıydı, adıda Təbriziydi, bap balaca boyu varıydı ona helə lilinpurt deyərdim))) 6 sinifə qədər bir yerdə oxuduq sonradan məktəbdən çıxdı başqa məktəbə girdi, bir iki dəfə oxuduğum musiqi məktəbində gördüm və normal olaraq əlaqə kəsildi:)

12.Çoxu insanlar deyir "Oğlanla qız dostluğunun axrı həmişə sevgiyə çevrilir"Siz nə düşünürsüz bu haqda?
Doğrudu, 99% oğlanla qızın dostluğunun sonu sevgiylə əvəzlənir. İki bir birinin sirrini bilən hər gün danışan, hər sözünü deyən və bütün sirrlərini bilmələrinə rəğmən yenədə dostluğunu davam etdirənlərin sonunu necə gözləmək olar.Təbii ki, sevgi...

13.Dostluqa fədakarsız?
Qabaqlarda dostla bağlı çox gözəl məqalə oxudum, bu dörd hərifdən ibarət olan sözün mənasını mənalı tərzdə açıqlama vermişdilər, məndə qısaca olaraq sizlərlə bölüşmək istədim.Buyurun oxuyun.

D --- DƏMİR kimi möhkəm... Dəmii isti-isti döyərlər… Yəqinki bu sözdən sonra hər kəsə aydın oldu ki əgər dəmir bərkisə onu heç kəs döyəcliyə bilməz… Dostluq da əgər dəmir kimi möhkəm olsa çətin ki ona nəsə etmək mümkün olsun…Dostluqda ilk öncə möhkəm olmaq lazımdı...

O --- OD kimi isti. .. Dostluqda möhkəm olduqdan sonra dost istiliyi ve sevgisi lazım olur insanlara…İsti dostluq münasibətində məncə dostlar bütün içlərini bir-birinə tökürlər... Gizli bir şey olmur belə isti dostluqlarda..

S --- SU kimi şəffaf... Dostluqda ən lazımlı şeylərdən biri isə şəffaflı və su kimi pak olmaqdı... Yalansız… Heç bir yanlışın olmamalıdı dostuna qarşı…Bir-birlərinə qarşi içdən gələn bir gözəllik paklıq dostluq ücün böyük bir uğurdu..

T --- TORPAQ kimi müqəddəs … Dost məncə müqqəddəs bir varlıqdı hər kəsin həyatında... Əgər onun gerçək bildiyi bir dostu varsa, deməli dostu onun üçün müqəddəsdi ... Müqəddəslik elə bir zirvədi ki mən ora dost anlayışını da sala biləreəm ..

Sizcədə mənalı yazı deyilmi? Fədakaram desəm təvazökarlıq etmiş olaram, qısaca olaraq deyə bilərəm ki, birini satacaq qədər insanlığımı itirməmişəmsə demək insaniyyətim ölməyib, deyəcəksiz niyə insaniyyətdən başladın, helə hər şey insaniyyətdə başlayıb bitdiyi üçün...

14.Burdakı ən yaxın dostnuz kimdir? və ya kimlərdir?

Ünsiyyətdə olduğum hər bir qızlar mənə yaxın olan usərlərdi, adlarını qeyd etməsəmdə olar, əsas olan özlərinin bilməsidi)

15.Uşaqlıqda" böyüyəndə rəfiqənizlə eyni evdə yaşamaq "xəyalını qurmusuz?
Hə desəm yalan demiş olaram, belə xəyallar indiki gənclərə xas olan düşüncələrdi, bizlərə o zamanlar saat 5'də düşüb axşam saat 9-10 qədər qızlarla müxtəlif oyunlar oynamağımız yetərliydi, xəyalımız səhər yenə həyətə gedəcəm qızlarnan bənövşə, gizlənpaç, heykəltaraj oynayacam düşüncələri olardı)

16.Dostlarınızla ən çox nəyi və ya nələri paylaşırsınız?

Dostum yoxdu(hər sözümü açıqlayacaq bir özgəsinə ehtiyac duymuram) , olsaydı nə istəsə paylaşardım, hətta kimsə dostum belə olmasa yaxınım olsa nə istəsə verirəm, hər hansı bir əşyaya paxıllıq edib verməyim belə xarakterlər mənlik deyil, amma fikrimcə əşyadan daha çox önəmli olan sədaqətdi, vəfalı olmaqdı, doğruları söyləməkdi, fikirlərini düzgün şəkildə açıqlamaqdı, bildiklərimi paylaşardım, həyatda vacib olan paylaşım budu fikrimcə.

17.Dostlarınızla bağlı başınıza gələn maraqlı və gülməli hadisə olub?
Məktəb illərində sinifdə yaxın olduğum qızlar olub, onlarla idman dərsindən, tənəffüsdə maraqlı anılarımız çox yaşanıb, unutmadığım bir anı var iki üç qıza görə fədakarlıq etdim onların dedikləri sözü öz üzərimə götürdüm olan mənə oldu özüdə heç xatırlamaq istəmədiyim olacaqlar... Yuxarıda sual vermisiniz dostluqda fədakarsız? Cavab olaraq bu anını misal gətirə bilərəm nə qədər fədakar olduğumu sübut etmək üçün..

18.Bir gün sayt bağlanarsa (Allah eləməsin) burdakı hansı dostunuz üçün çox darıxarsız?

Biriylə dostluğum harda olursa olsun davam edəcək oda Narın Yağış 'dı.Ayrılmaz ikili deyək buna:) Darıxmağa gəldikdə isə, istər ünsiyyətdə olduğum usərlər olsun, istərsədə ünsiyyətdə olmadığım hər biri saytımızın dəyərli xanımlarıdı hər birinə ayrı-ayrılıqda hörmət edirəm.

19.burdan dostlarnıza deməy istədiyiniz söz var?...

Dostum olsa sözümü deyərəm amma burdan yox üzünə deməyi tərcih edərəm, bilmədiyi və görmədiyi yerdə kimsə barəsində danışmaq arxasından qeybət etmək deməkdi) Buda dostluğa yaraşmaz))

20.Vəə sonda...Qızlarmıza dosluq haqda məsləhətiniz?
Vəəə sonda qızlar yoruldular müsahibəni oxumağa, bu qədər yazmaqmı olar deyin))Ümid edirəm fikirlərimi oxumaq sizi yormaz. Suala gəlincə dost olmaq, dostuna sadiq olmaq, fədakar, xəyanətsiz, sevgi dolu dostsanızsa nə xoş sizə, amma bunuda unutmayın kimsəyə həddindən artıq çox güvənməyin, sonradan üzülən siz olmayasız deyə. Inşallah fani dünyada dost xəyanətini yaşayanlardan olmarsız. Məndən bu qədər hələlik :)

Ə.S.bacımla qatıldığı üçün təşəkkürümü boldirirəm:22:inşallah dostları ilə dostluğu daim uzun sürər:128:
Layihədə iştirak etmək istəyən şəxsi ismarıcla müraciət edə bilər:0::123:0
(səs: 0)
Şərhlər: 14
Baxılıb: 2 119
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri