Vaginizm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 776
Səs ver:
(səs: 2)
Vaginizm uşaqlıq yolu əzələlərinin - cinsi əlaqə və ya ginekoloji müdaxilə zamanı əmələ gələn və bunlara mane olan qeyri iradi, reflektor yığılmasıdır. Vaginizmi göz qırpmağa bənzətmək olar. Gözə nə isə yaxinlaşanda göz qapaqları geyri iradi qapanır. Vaginizm zamanı da yığılma qadının iradəsindən, istəyindən asılı olmur. Buna görə də onu gunahlandırmaq, utandırmaq, danlamaq, hədələmək mənasızdır.

Vaginizm nədən yaranır.
1. Ağrı qorxusu
2. Erkən yaşda seksual təcavüz və ya sui istifadə olunma
3. Intim münasibətlərə uşaqlıqdan təlqin olunmuş neqativ münasibət
4. Isterik, nevrostenik şəxsiyyət xüsusiyyətləri
5. Psixi xəstəlik və s
Bəzən ikincili vaginizm olur bu ya çox kobud ağrılı cinsi akt ya da ağır keçən doğuş nəticəsində baş verir.

Vaginizm keysəriyyə kəsiyinə göstəriş deyil. Çünki doğuş zamani uşaq doğuş yollarından keçərkən tədricən doğuşda iştirak edən bütün əzələlər genəlir, uşaqlıq yolunun yığılması qeyri-mümkün olur.

Vaginiz necə və kim tərəfindən müalicə olunur.
Vaginizmi müalicə edərkən ilk növbədə yaranma səbəbini araşdırmaq lazımdır. Bundan sonra psixoterapiya, xüsusi idman, və ginekoloji prosedurlar təyin olunur. Beləliklə müalicə də psixoterapevt-ginekoloq tandemi (cütü) iştirak edir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 9 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri