Normal intim həyat insan sağlamlığı üçün olduqca vacib amillərdən
biridir. Elmi cəhətdən sübut olunan bu fakt bir daha onu göstərir ki,
cinsi fəaliyyətlə insan sağlamlığı arasında birbaşa əlaqə var.
İntim həyatın sağlamlığa 10 təsiri haqqında yazını təqdim edirik.
1. Normal intim həyat, müntəzəm olaraq sekslə məşğul olmaq insanı
stressdən azad edir. Seks zamanı orqanizmdə stress hormonları ilə
mübarizə aparan dofaminin miqdarı artır, bununla da orqanizm bir çox
xəstəliklərə səbəb olan stressdən asanlıqla qurtula bilir.
2. Seks hərəkət deməkdir. Fəal intim həyatı olan insanlarda fizioloji
dəyişikliklər baş verir ki, bunu fiziki məşqlərlə müqayisə etmək olar.
Belə ki, seks zamanı tənəffüs sürətlənir, orqanizm yorulur, son nəticədə
sekslə məşğul olarkən orqanizm idman etdiyi zaman sərf etdiyi
kalorilərdən daha çox kalori yandırır.
3. Normal intim həyat normal qan təzyiqi deməkdir. Müntəzəm sekslə məşğul olmaqla qan təzyiqini normal vəziyyətdə saxlamaq olar.
4. Alimlərin qənaətinə görə həftədə üç dəfə sekslə məşğul olanlar passiv
intim həyatı olan insanlardan 10 il cavan görünürlər. Seks vaxtsız
qocalmanın qarşısını alan ən yaxşı vasitələrdən biridir.
5. Fiziki hərəkətləri əvəz edən seks insanın dərin və normal yuxusunu
təmin edir. Yuxu problemlərindən əziyyət çəkənlər üçün yatmazdan əvvəl
sekslə məşğul olmaq istənilən yuxu dərmanından qat-qat effektlidir.
6. Statistik göstəricilərə görə 40 yaşdan yuxarı kişilərin 50 faizdən
çoxu potensiya zəifliyindən şikayətlənirlər. Cinsi zəifliyin ən yaxşı
dərmanı məhz elə seksdir. Fəal intim həyat cinsi həvəsi artırır,
potensiyanı zəifləməyə imkan vermir.
7. Müntəzəm olaraq sekslə məşğul olmaq prostat xərçənginin yaranma
ehtimalını azaldır. Alimlərin bu sahədə apardıqları araşdırmaların
nəticələrinə görə seks onkoloji xəstəliklərin inkişafına mane olur.
8. Normal intim həyat sağlam ürək deməkdir. Seks infarkt və insult üçün
ən yaxşı profilaktik vasitədir. Mütəxəssislərin apardıqları
tədqiqatların nəticələrinə görə seks kişilərdə ürək xəstəliklərinə
tutulma riskini azaldır. Alimlər seksin ürəyə bu müsbət təsirinin
qadınlara aid olmadığını da aşkar ediblər.
9. Seks orqanizmin immun sisteminə müsbət təsir göstərərək onu
gücləndirir. Aparılmış tədqiqatlar da sübut edib ki, müntəzəm sekslə
məşğul olanların immuniteti, müxtəlif xəstəliklərə müqaviməti daha
güclüdür.
10. Ən nəhayət seks cütlüyün bir-birinə etibarını, güvənməyini, sevgi
hisslərini mənəvi və fiziki baxımdan bir nöqtədə birləşdirən, sonda
bütün umu-küsüləri unutduran ən gizli və ən pünhan sevgi oyunudur.
Çalışın intim həyatınızda hər şeyi yerbəyer edin. Özünüzü bu sevgi
oyunlarından məhrum etməyin ki, sağlamlığınızdan məhrum olmayasınız.